Icma.az
close
up
RU
Səssiz müharibə: Mediada İsrail İran qarşıdurmasının görünməyən cəbhəsi

Səssiz müharibə: Mediada İsrail İran qarşıdurmasının görünməyən cəbhəsi

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müasir dövrdə münaqişələr yalnız döyüş meydanlarında deyil, informasiya məkanında da aparılır. Media qurumları və informasiya-kommunikasiya texnologiyaları artıq təkcə xəbərləri çatdıran vasitə deyil, həm də ölkələrin siyasi strategiyalarını həyata keçirdikləri güclü alətə çevrilib.

Xüsusilə beynəlxalq gərginliklərin artdığı dövrlərdə, məlumatın necə və kim tərəfindən təqdim edilməsi ictimai rəyin formalaşmasına, diplomatik mövqelərin sərtləşməsinə və hətta münaqişələrin gedişatına birbaşa təsir göstərə bilir. Belə vəziyyətlərdə media vasitələrinin rolu və məsuliyyəti daha da artır, çünki informasiya, doğru idarə olunmadıqda, silaha çevrilə bilər.

Bu kontekstdə, müxtəlif regionlarda yaşanan siyasi qarşıdurmalar mediada fərqli yanaşmaların, fərqli mövqelərin və fərqli informasiya strategiyalarının formalaşmasına səbəb olur. Bu fərqliliklərin analizi həm medianın funksiyalarını, həm də onun üzərindəki geosiyasi təsirləri daha dərindən anlamağa imkan yaradır.

İsrail və İran arasında baş verən son qarşıdurmalar və diplomatik gərginlik fonunda beynəlxalq və yerli media bu hadisələri necə işıqlandırır? Bu qalmaqalın təqdimatında hansı informasiya strategiyaları və manipulyativ yanaşmalar önə çıxır? Media obyektivliyi və ictimai rəyin formalaşdırılması baxımından bu gərginliyin əhatə olunması sizə görə nə dərəcədə balanslıdır?

Mövzu ətrafında fikirlərini Bakıvaxtı.az-la bölüşən Milli Məclisin deputatı, Əməkdar jurnalist Elçin Mirzəbəyli bildirib ki, İsrail və İran arasındakı gərginlik yalnız hərbi əməliyyatlar və diplomatik qarşıdurmalar səviyyəsində deyil, həm də informasiya müstəvisində ciddi təsirlər yaradır. Bu iki ölkənin mediası hadisələri öz siyasi və geosiyasi maraqları istiqamətində şərh edir, beynəlxalq hüququn pozulması kimi həssas məqamları ört-basdır etməyə və ya fərqli məzmunlarla təqdim etməyə çalışır. Bu isə informasiya sahəsində manipulyasiya və tərəfkeşlik hallarını artırır:

"Digər tərəfdən, Azərbaycan mediası bunun fonunda daha neytral və tərəfsiz mövqe sərgiləməyə üstünlük verir. Azərbaycan KİV-ləri hadisələri mümkün qədər obyektiv təqdim edir, manipulyasiya və təhrif halları minimuma endirilir. Sözügedən yanaşma regionda informasiya mübarizəsində balansın qorunması baxımından önəmlidir".

Elçin Mirzəbəyli: Bu proseslər göstərir ki, media artıq sadəcə xəbərlər yayılan vasitə deyil, geosiyasi alətə çevrilib

Müsahibimizin sözlərinə görə, İranın təzyiq və müdaxilə cəhdləri isə informasiya savaşının daha da kəskinləşməsinə səbəb olur. Bu çərçivədə Türkiyənin bəzi media resursları da, qardaş ölkə olmasına baxmayaraq, hadisələri öz milli maraqları doğrultusunda və bəzən açıq şəkildə tərəflilik nümayiş etdirərək təqdim edir. Bu durum media müstəvisində mövqelərin qütbləşməsinə yol açır və regional informasiya sferasında parçalanmaya səbəb olur:

"Ümumilikdə, bu proseslər göstərir ki, media artıq sadəcə xəbərlər yayılan vasitə deyil, geosiyasi alətə çevrilib. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və yayılması bu sa
vaşda əsas rol oynayır. Hər bir ölkə və siyasi aktor informasiya resurslarını öz geosiyasi məqsədləri üçün istifadə edir, ictimai rəyi yönləndirməyə çalışır".

Sonda həmsöhbətimiz əlavə edib ki, bu mənzərə qarşısında medianın etik prinsipləri, obyektivlik və balanslı yanaşması daha da aktuallaşır. Media məkanında mövcud manipulyasiyalar və tərəflilik hallarının aradan qaldırılması doğru və dəqiq informasiya axınının təmin edilməsi yalnız jurnalistikanın deyil, bütövlükdə cəmiyyətlərin gələcəyi üçün vacibdir.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 İyun 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri