Icma.az
close
up
RU
Sosial mediada səssiz izləyicilər: baxırlar, amma “like” atmırlar

Sosial mediada səssiz izləyicilər: baxırlar, amma “like” atmırlar

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Sosial mediada hamımızın yaşadığı bir vəziyyət var: paylaşım edirsən, baxış sayı yüksək olur, amma “like” sayı gözlədiyin qədər deyil. Daha da maraqlısı – bəzi insanlar daim baxır, amma heç vaxt reaksiya vermir. Bu “səssiz izləyicilər” kimdir və niyə belə davranırlar?

Lent.az-ın əməkdaşı bu mövzu ilə bağlı sualların cavabını sizə təqdim edir:

Əslində bu mövzu düşündüyümüzdən daha dərindir. Çünki burada söhbət təkcə sosial mediadan yox, insan psixologiyasından gedir.

Səssiz izləyici kimdir?

Səssiz izləyici, sənin paylaşımlarına baxır, story-lərini izləyir, amma heç vaxt “like”, şərh və ya reaksiya vermir. Onlar sosial mediada görünməyən, amma aktiv olan böyük bir kütlədir.

Niyə “like” atmırlar?

Burda əvvəlcə gizli izləmə (stalking) psixologiyası gəlir. Bəzi insanlar maraqlanır, amma bunu göstərmək istəmir. Bu, xüsusilə keçmiş münasibətlərdə, tanışlar arasında çox rast gəlinir. Onlar sənin həyatını izləyir, amma özlərini “göstərmək” istəmir.

Qısqanclıq və rəqabət

Bu ən sərt, amma real səbəblərdən biridir. İnsan sənin uğurunu görür,  amma dəstək vermək istəmir. “Like” atmamaq bəzən şüuraltı şəkildə “dəstək verməyim”, “onu önə çıxarmayım” kimi düşüncələrdən qaynaqlanır.

Sosial narahatlıq

Bəzi insanlar üçün “like” belə bir qərardır. Onlar düşünür “Like atsam, nə düşünərlər?”, “Məni görər?”, “Bu, mənim haqqımda nə deyir?”. Bu səbəbdən passiv qalırlar.

“Sadəcə baxmaq üçün girirəm” tipi

Bu insanlar üçün sosial media aktiv iştirak yox, passiv izləmə yeridir. Onlar baxır, çıxır, heç nə etmirlər. Yəni problem sən deyilsən – onların istifadə tərzidir.

Algoritm davranışı

Bəzən insanlar videonu və ya postu görür, amma “like” atmır çünki sadəcə sürüşdürərək baxır. TikTok və Instagram kimi platformalar artıq “baxış”ı, “like”dan daha önəmli edir.

Şəxsi münasibət siqnalları

Bu ən maraqlı hissədir. Bəzi insanlar qəsdən, “like” atmır, amma baxır. Bu, bəzən mesajdır. İnciklik, məsafə, ya da marağı gizlətmək üçün edilir.

Səssiz izləyiciləri necə tanıya bilərik?

Tam dəqiq yox, amma bəzi ipucları var:

Story baxış siyahısı

Eyni şəxslər hər dəfə baxırsa → səssiz izləyicidir – Yəni, “Heç like atmayan, amma aktiv olanlar”.  Profilində aktivdir, amma sənə reaksiya vermir

Sənin paylaşımlarından xəbərdar olmasından, onları gördüyün danışır, amma heç vaxt reaksiya verməyib.

Bəs əslində səni ən çox kim izləyir?

Araşdırmalara görə, aktiv reaksiya verənlər azlıqdır, səssiz izləyənlər isə çoxluq. Yəni, sənin auditoriyanın böyük hissəsi səssizdir.

Bu davranış təhlükəlidirmi?

Xeyr. Amma təsiri var. Bu da psixoloji təsirdi. Məsələn, insan özünü dəyərsiz hiss edə bilər, “niyə dəstək yoxdur?” düşüncəsi yaranır. Amma reallıq budur ki, insanlar həmişə düşündüyün kimi davranmır.

Ən vacib sual: “Like” nəyi göstərir?

“Like” həmişə dəstək, maraq deyil. Bəzən, sadəcə refleksdir, ya da ümumiyyətlə heç nə demir. Sərt həqiqət budur ki, sosial mediada əksəriyyət səni izləyir, amma hamı səni dəstəkləmir. Bu normaldır.

Ümumiyyətlə, təcrübə bir daha göstərir ki, virtual münasibətlər canlı ünsiyyətin yerini tuta bilmir. Canlı təmas zamanı qarşındakının səni necə dinlədiyini, sevinirsə, gözləri parladığını və ya paxıllığı tutursa, qızarıb-bozardığını asanlıqla müəyyən edə bilirsən. Təbii ki, sənin eyni zamanda xeyli insanın dəstəyinə ehtiyacın varsa, burada artıq sosial media əvəzsizdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 May 2026 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see346

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see290

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see282

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see279

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see265

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see262

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see256

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see255

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see235

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see227

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see218

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see210

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see206

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see206

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see205

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see202

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see202

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see194

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see189

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri