Icma.az
close
up
RU
ŞƏT Azərbaycanın Şərqdə iqtisadi maraqlarının təmin olunması üçün əlverişli platformadır ŞƏRH

ŞƏT Azərbaycanın Şərqdə iqtisadi maraqlarının təmin olunması üçün əlverişli platformadır ŞƏRH

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 sentyabr, AZƏRTAC

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən növbəti sammiti həm əhatə dairəsinə, həm də qəbul etdiyi qərarlara görə mühüm tədbirdir. Sammitə 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri qatılıb. Son 30 ildə ilk dəfədir ki, Asiya, Yaxın Şərq və Afrikanın bu sayda ölkələri bir araya gəlir. Sammitin siyasi tərəfləri kifayət qədər genişdir. Amma biz onun iqtisadi tərəflərinə toxunmaq istərdik.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Deputat bildirib ki, ŞƏT üzvlərinin iqtisadi gücü və imkanları kifayət qədər böyükdür: “Təşkilata üzv ölkələrin məcmu ÜDM-i 26 trilyon dollar təşkil edir ki, bu da qlobal ÜDM-in 30 faizi deməkdir. Təşkilat üzvlərinin əhalisi ümumilikdə 3.3 milyard nəfərdir ki, bu da planetin əhalisinin 41 faizidir. Bundan başqa, təşkilat üzvləri dünya karbohidrogen ehtiyatlarının 41 faizinə, elmi patentlərin 30 faizinə və nadir elementlərin ixracının 45 faizinə sahibdirlər”.

Sammitdə mühüm iqtisadi planlar elan edildiyinə diqqət çəkən deputat deyib: “İlk dəfə olaraq ŞƏT İnkişaf Bankının yaradılması bəyənildi. Bu, Beynəlxalq Valyuta Fondu və Dünya Bankına alternativ struktur kimi formalaşacaq.

“Böyük Avrasiya” iqtisadi layihəsinin başlanılması elan edildi. Layihə çərçivəsində infrastruktur, enerji və hərbi sahədə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Bu layihə 2035-ci ilə qədər 7-9 trilyon dollarlıq iqtisadi effekt yarada biləcək.

Mühüm məsələlərdən biri ilk dəfə olaraq Avrasiya Reytinq Agentliyinin yaradılmasının bəyan edilməsi oldu. Agentlik “Moody’s”, S&P və “Fitch”dən fərqli metodologiya ilə ölkələrin və şirkətlərin kredit qabiliyyətini qiymətləndirəcək.

Göründüyü kimi, bu sahələrdə, uzun illərdən bəri dominant olan Qərb strukturlarına alternativ Şərq strukturları formalaşmaqdadır.

Azərbaycan 2016-cı ildən ŞƏT-in dialoq üzrə tərəfdaşı statusuna malikdir. Keçən dövrdə Azərbaycan ardıcıl olaraq təşkilat üzvləri ilə iqtisadi əməkdaşlığı gücləndirib. Təkcə keçən il Azərbaycanın ŞƏT-ə üzv ölkələrə ixracı 8.3 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 27 faiz artım deməkdir. Çinlə ticarət həcmi rekord səviyyədə olub - 3.1 milyard dolları keçib.

Eyni zamanda, Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas həlqəsidir. Təkcə bu ilin 6 ayında bu marşrut ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi 4.2 milyon tonu keçib”.

Deputat vurğulayıb ki, regionda sülhün təmin olunması və Azərbaycan Prezidentinin təşəbbüslərinin həm Şərqdə, həm də Qərbdə dəstəklənməsi ölkəmiz üçün mühüm geoiqtisadi imkanlar yaradır: “Şərq və Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycanın Avrasiyanın Şərqini əhatə edən ŞƏT ilə əməkdaşlığının güclənməsi ölkəmizin çoxvektorlu siyasətinə və milli maraqlarına da uyğundur. Nəzərə alsaq ki, ŞƏT-in hazırkı 10 üzvündən 3-ü Türk Dövlətləri Təşkilatının üzvü, 1-i qardaş Pakistan, digərləri isə ölkəmizin sıx iqtisadi partnyorlarıdır – o zaman bu təşkilatı Azərbaycanın Şərqdə iqtisadi maraqlarının təmin olunması üçün əlverişli platforma hesab etmək olar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri