Icma.az
close
up
RU
Yaxın Şərqdə Azərbaycanın sülh praktikası Şərh

Yaxın Şərqdə Azərbaycanın sülh praktikası Şərh

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı bir daha sübut etdi ki, Azərbaycan orta güc kimi qlobal miqyasda aktiv iştirakçı rolunda çıxış edir.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

“Cənab Prezidentin həyata keçirdiyi uğurlu çoxvektorlu xarici diplomatiya, eyni zamanda qlobal çağırışlara çevik reaksiya verərək milli maraqlara söykənən siyasət yürütməsi nəticəsində Azərbaycan Cənubi Qafqazda müharibənin və sülhün qalibi olmaqla yanaşı, bölgədə sülhün təminatçısı rolunda çıxış etməkdədir. Azərbaycanın yaratdığı bu reallığın nəticələri dünyanın digər bölgələrində də sülhün, təhlükəsizliyin təmin olunmasında bir təcrübə kimi öyrənilməkdədir. Azərbaycanın sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlıq formatlarının yaradılması istiqamətində qlobal miqyasda aktiv iştirakı beynəlxalq nüfuzunun artmasına, geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycanın Yaxın Şərq Sülh Sammitində iştirakı bunun bariz nümunəsidir”, - deputat qeyd edib.

Deputat əlavə edib ki, geosiyasi mövqeyin möhkəmlənməsi isə öz növbəsində Azərbaycana dünyanın müxtəlif bölgələrində, o cümlədən Yaxın Şərqdə sülhün, təhlükəsizliyin və yeni sıx əməkdaşlıq formatlarının yaranmasına geniş imkanlar açacaq:

“Azərbaycan Yaxın Şərqdə sülhün, sabitliyin, təhlükəsizliyin əldə edilməsində və qorunub saxlanmasında maraqlı olduğundan bu istiqamətdə öz töhfəsini verməyə hazırdır. Azərbaycanı unikal edən ən mühüm məqam isə bir-biri ilə soyuq münasibətdə olan Yaxın Şərq ölkələri ilə çox sıx əlaqələrə malik olmasıdır. Məhz bu səbəbdən də Azərbaycan Yaxın Şərqdə sabitliyin və əməkdaşlıq mühitinin formalaşması üçün vasitəçi missiyasını həyata keçirməkdədir. Azərbaycanın vasitəçilik missiyası nəticəsində İsrail-Türkiyə, İsrail-Suriya arasında dialoq baş tutub.

Bundan əlavə, Azərbaycan bəzi Yaxın Şərq ölkələrində, xüsusən də Suriyada sabitliyin təmin olunması istiqamətində bir sıra layihələr həyata keçirməkdədir.

Region ölkələri ilə sıx əməkdaşlıq əlaqələrinin olması Azərbaycanın əldə etdiyi təcrübənin öyrənilməsinə yeni imkanlar yaradacaq və bu da nəticədə bütövlükdə Yaxın Şərqdə sülhün, təhlükəsizliyin əldə olunmasına xidmət edəcək. Bu da nəticə etibarilə yeni düzən fonunda Azərbaycanın geosiyasi mövqeyinin artaraq qlobal və regional sülhün, təhlükəsizliyin təmin olunmasında orta güc kimi ciddi aktor rolunda çıxış etməsinə yeni fürsətlər yaradacaq”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:354
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Oktyabr 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri