Icma.az
close
up
RU
ŞƏT sammiti Avrasiyanın açar ölkəsi, missiyasını uğurla icra edən Azərbaycan Mövqe

ŞƏT sammiti Avrasiyanın açar ölkəsi, missiyasını uğurla icra edən Azərbaycan Mövqe

Olke.az saytına istinadən Icma.az xəbər verir.

“Yeni dünya nizamının formalaşması istiqamətində gedən geosiyasi proseslər özü ilə paralel olaraq beynəlxalq münasibətlər sistemində  də yeni əməkdaşlıq münasibətləri və formatları yaratmaqdadır. Hər bir ölkə də yeni dünya düzəninə uyğun siyasətini  müəyyənləşdirməyə çalışır. Lakin  heç də hər ölkə qlobal aləmdə baş verən geosiyasi və geoiqtisdi prosesləri, qlobal çağırışları özləri üçün fürsətə çevirə bilmir.  Azərbaycan  dünyada azsaylı ölkələrdəndir ki,  qlobal çağırışları fürsətə çevirməyi bacarıb.  Azərbaycan  mürəkkəb qlobal geosiyasi prosesləri ancaq və ancaq  cənab Prezident İlham Əliyevin qlobal çağırışları zamanında düzgün oxuması və buna uyğun şəkildə çoxvektorlu çevik diplomatiya yürütməsi nəticəsində uğur hekayəsinə imza atıb. Məhz milli maraqlara  əsaslanan çoxvektorlu çevik diplomatiya  nəticəsində Azərbaycan Avrasiyanın nəqliyyat-logistik mərkəzlərindən birinə çevrilməklə yanaşı, son 80 ildə işğalçılıq siyasətinə son verib öz ərazi bütövlüyünü və suvereniliyini bərpa edən  yegən ölkə olub”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Deputat bildirib ki,  yürüdülən uğurlu çoxvektorlu  diplomatiya nəticəsində Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin, əməkdaşlığın  və inkişafın təşviqində mühüm aktor rolunda çıxış edən ölkələrdən birinə çevrilib: “Bu gün  dünya ölkələrinin yürütdüyü  siyasətin ana xəttini  nəqliyyat-logistik dəhlizlərə malik olması və ya bu yollara nəzarət etməsidir.  Çünki ölkələrin gələcək inkişafı bu dəhlizlərdən çox asılı olacaq. Ancaq cənab Prezident İlham Əliyevin  zamanında qlobal çağırışlara uyğun yürütdüyü çevim çoxvektorlu siyasət öz bəhrəsini verib və nəticədə  Azərbaycan artıq Avrasiyada Qərblə Şərqin, Şimalla Cənub arasında əməkdaşlıq üçün açar ölkə rolunu oynamaqla logistik bir qovşağa çevrilib. Azərbaycan Avrasiya məkanında Şərqlə Qərbi Orta Dəhliz, Şimalla Cənubi birləşdirən  “Şimal-Cənub”  beynəlxalq Nəqliyyat Dəhlizində qovşaq rolunda çıxış etməkdədir. Bu da Azərbaycanın  “orta güc” kimi gələcəkdə qlobal  sülhün, təhlükəsizliyin, əməkdaşlığın yaranmasında ciddi oyunçu rolunda çıxış etməsinə geniş imkanlar yaradacaq. Artıq biz bunun şahidiyik. Azərbaycanın yaratdığı reallıqlar  dünya birliyi və supergücləri tərəfindən qəbul edilməkdədir. 
İstər avqustun 8-də Vaşinqtonda Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında anlaşma memorandumunun imzalanması, istərsə Çində keçirilən Şanxay Əməkdşalıq Təşkialıtnın 25-ci Zirvə görüşündə iştirakı bunun bariz nümunəsidir.
Cənab Prezident İlham Əliyevin ŞƏT sammitində çıxışı ilə bir daha dünyaya mesajı isə bunlardan ibarət idi:
-Avropa və Asiyanın strateji qovşağında yerləşən Azərbaycan Çin, Rusiya, Türkiyə, İran, Mərkəzi Asiya, Yaxın Şərq kimi böyük bazarların kəsişməsində yerləşməklə Avrasiyanın aparıcı logistik və ticarət mərkəzinə çevrilib.
-Azərbaycan bir-birnə zidd və rəqib güclər, ölkələr arasında bir əməkdaşlıq körpüsü rolu oynayan ölkədir.
-Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək.
-Azərbaycanın logistik qovşaq rolunda çıxış etməsi isə  Avrasiya coğrafiyasında şərqindən qərbə, şimalından cənuba yerləşən yaxın və uzaq ölkələrə ancaq fayda gətirəcək.
-Azərbaycan logistik qovşağa çevrilməsi isə qlobal sülhü, təhlükəsizliyi, çoxtərəfli tərəfdaşlığı və əməkdşalığı möhkəmləndirəcək.
-Azərbaycan ŞƏT-ə üzv ölkələr və digər regionlarla sıx tərəfdaşlığın yaranmasında xüsusi rol oynayacaq və bu prosesə öz töhfəsini verəcək.
-Azərbaycan Qloballa Şimalla Qlobal Cənub arasındakı koordinator missiyasını layiqincə yerinə yetirməyə qadir ölkədir.
Prezident İlham Əliyevin Çində keçirilən  ŞƏT sammitinda iştirakı, keçirdiyi görüşülər bir daha Azərbaycanın yaratdığı reallıqların  və qlobal miqyasda ciddi oyunçu rolunda çıxış edən ölkə olaraq növbəti dəfə beynəlxalq birlik tərəfindən  qəbulunun aydın təzahürüdür. 
ŞƏT sammiti bir daha sübut etdi ki, Azərbaycan qarşısında duran hədəflərə nail olacaq”.
Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri