Icma.az
close
up
RU
“ŞƏT sammiti dönüş nöqtəsi ola bilər” “Rusiya ilə mümkün təmaslar diqqət mərkəzində olacaq...”

“ŞƏT sammiti dönüş nöqtəsi ola bilər” “Rusiya ilə mümkün təmaslar diqqət mərkəzində olacaq...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Politoloq Fərhad Məmmədov yaxın günlərdə Çinin Tyançzin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci yubiley sammiti ilə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, sammit zamanı həm təşkilat daxilində, həm də iştirakçı ölkələr arasında vacib siyasi və iqtisadi məsələlər müzakirə olunacaq: “Bu dəfəki sammit iqtisadi ölçü baxımından dönüş nöqtəsi ola bilər. Çin uzun müddətdir ki, ŞƏT çərçivəsində iqtisadi və rəqəmsal əməkdaşlığı gücləndirməyə çalışır.

“Hindistan–Pakistan gərginliyi təşkilat üçün real sınaqdır”

Məmmədov hesab edir ki, ŞƏT bu il bir sıra ciddi çağırışlarla üzləşib: “Hindistan və Pakistan arasındakı gərginlik təşkilat üçün real sınağa çevrilib. Sammitdə bu qarşıdurmanın yekun sənədlərə təsir etməsi mümkündür.”

Politoloq həmçinin qeyd edib ki, İran ətrafında formalaşan situasiya da vahid mövqe qəbulunu çətinləşdirir: “İran ŞƏT-in üzvüdür, lakin ABŞ və İsrailin İrana qarşı hərbi addımları fonunda Hindistanın fərqli mövqeyi yekdil qərarların qəbuluna imkan vermir.”

Onun sözlərinə görə, Çinlə Hindistan arasında münasibətlərin konstruktiv fazaya keçməsi isə sammitin ümumi ab-havasına müsbət təsir göstərə bilər.

“Azərbaycanın ŞƏT-də iştirakı siyasi və iqtisadi baxımdan zəruridir”

Azərbaycanın təşkilatla münasibətlərinə toxunan Məmmədov qeyd edib ki, Bakı bu gün ŞƏT-də dialoq üzrə tərəfdaş statusundadır və üzvlüklə bağlı niyyətini ortaya qoyub: “Çində keçiriləcək sammit bu baxımdan həlledici ola bilər. Azərbaycanın Asiya siyasəti ŞƏT-lə əməkdaşlıqdan keçməlidir.”

O bildirib ki, təşkilatda Orta Asiya ölkələrinin demək olar ki, hamısı təmsil olunur: “Türkmənistandan başqa bütün Orta Asiya dövlətləri ŞƏT-ə üzvdür. Onlar Azərbaycanın strateji tərəfdaşlarıdır. Prezident İlham Əliyevin bu region üzrə məsləhətləşmələrdə iştirakı da üzvlüyün məntiqi davamı kimi dəyərləndirilə bilər.”

Məmmədov əlavə edib ki, Ermənistan da ŞƏT-ə üzv olmaq niyyətini açıqlayıb: “Azərbaycan və Ermənistan paralel şəkildə bu prosesi aparırlar. Gələcəkdə Gürcüstanın da bu formata cəlb olunması region üçün ümumi baxışın formalaşmasına imkan verərdi.”

Politoloq Azərbaycanın iqtisadi baxımdan da ŞƏT platformasında maraqlı tərəf olduğunu vurğulayıb: “İqtisadi və rəqəmsal sahədə əməkdaşlıq Azərbaycanın gündəliyində olan məsələlərdəndir. Bu, ŞƏT-də dərin inteqrasiyanı zəruri edir.”

“Sammitdə üçtərəfli və ikitərəfli görüşlər maraq doğurur”

Sammit çərçivəsində liderlərin keçirəcəyi ikitərəfli görüşlərə də toxunan Məmmədov qeyd edib: “Azərbaycan–Rusiya, Azərbaycan–Ermənistan və Ermənistan–Rusiya liderləri arasında mümkün təmaslar diqqət mərkəzində olacaq. Hər üç görüş həm ikitərəfli, həm də regional səviyyədə əhəmiyyətlidir.”

Rasim Əliyev
"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Avqust 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri