Icma.az
close
up
RU
Səttar Möhbalıyevin qardaşının bağ evində qətl törədən şəxsdən xəbər var

Səttar Möhbalıyevin qardaşının bağ evində qətl törədən şəxsdən xəbər var

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

28 sentyabr 2021-ci il tarixdə Həmkarlar İttifaqları Konfederasiyasının eks-rəhbəri, deputat Səttar Möhbalıyevin qardaşı Faiq Möhbalıyevin evində qətl törətməkdə təqsirləndirilən bağ evinin gözətçisi Ramin Əlixanovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb. 

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi isə hökmü dəyişdirib. Qərara əsasən, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyətilə adam öldürmə) maddəsindən həmin Məcəllənin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsinə tövsif edilib və cəzası 10 il 6 aya endirilib. 
 

Qeyd: 1982-ci il təvəllüdlü R.Əlixanov ibtidai istintaqa ilkin ifadəsində gözətçi kimi işlədiyi evdən oğurluq etməyə çalışan şəxsə xəsarət yetirərək öldürdüyünü desə də, sonradan ifadəsini dəyişib. Bildirib ki, Cəfər adlı 60-65 yaşlı kişi fəhlə işləmək üçün müraciət edib və həmin şəxsin sənədləri, daimi yaşayış yeri olmayıb. Bundan sonra Ramin həmin şəxsə evin həyətindəki gözətçi otağında yaşamağa icazə verib və öz yanında işlədib.
 

Hadisə günü isə Ramin işlədiyi yerə gələrkən Cəfərin qapını gec açması və nərdivanı pəncərəyə söykəməsini görərək onun oğurluq edə biləcəyindən şübhələnib. Daha sonra onlar birgə yeyib-içiblər. Lakin Ramin yenidən şübhələrinə əsaslanaraq Cəfərin oğurluq edə biləcəyini düşünüb və onu cəzalandırmaq istəyib. Külüngü götürərək yaşlı kişiyə xəsarətlər yetirməyə çalışarkən Cəfər qaçaraq uzaqlaşıb. Bu zaman Ramin bir neçə dəfə külüngü onun arxasına atsa da, ağır zərbə endirə bilməyib. Qapıya çatan Cəfər küçəyə çıxmaq istəyib, lakin qapının bağlı olması səbəbindən həyəti tərk edə bilməyib. Ona yaxınlaşan Ramin bu dəfə yaxından zərbələr endirərək yerə yıxıb və külünglə qətlə yetirib. Daha sonra meyiti həyətdə basdırıb. Lakin 1 gün sonra hadisənin üstü açılıb.

 
Hadisədən 3 il keçməsinə və qətlə yetirilən şəxsin fotosu yayılmaqla ölümü barədə elan verilsə də, hələ də onun yaxınları tapılmayıb və kimliyini də dəqiqləşdirmək mümkün olmayıb. O, kimsəsizlər məzarlığında dəfn edilib.
 

Xatırlatma: Qətl hadisəsinin törədildiyi evin sahibi Faiq Möhbalıyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon şöbəsinin sabiq rəisidir. O, 2018-ci ildə vəfat edib. F.Möhbalıyevin qardaşı S.Möhbalıyev Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla qudadır. Həsənovun kürəkəni İsfəndiyar Möhbalıyev isə uzun illər paytaxtın Yasamal, Xəzər və Qaradağ rayon Polis İdarələrinin rəisi olub. Daha sonra öz ərizəsi ilə polis orqanlarında xidmətdən xaric edilib. İ.Möhbalıyevin artıq xaricdə yaşadığı bildirilir.

Kamal Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 Yanvar 2025 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see144

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see138

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see137

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see127

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see115

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri