Icma.az
close
up
RU
Kosmosda mədəni irs mübahisəsi: Aydakı ilk izlər necə qorunacaq?

Kosmosda mədəni irs mübahisəsi: Aydakı ilk izlər necə qorunacaq?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Artıq Ayda da tarixi abidələrdən danışa biləcəyimiz bir dövrə daxil oluruq, çünki təxminən 60 il əvvəl Ay səthində buraxılan insan izləri getdikcə "tarixi miras” statusu qazanmağa başlayır.

Qaynarinfo xəbər verir ki, Ay missiyalarının həm dövlət dəstəyi alan kosmik agentliklər, həm də özəl sektorun artan marağı ilə sürət qazanması, yeni bir sualı gündəmə gətirib: Ayın səthindəki tarixi ərazilər necə qorunacaq?

Xüsusilə NASA-nın "Artemis” proqramı çərçivəsində qarşıdakı illərdə planlaşdırılan intensiv missiyalar, 1969-cu ildən bəri toxunulmamış bəzi ərazilərin zərər görmə riskini artırır. Ayın ilk kəşf izləri yalnız elmi deyil, həm də mədəni və tarixi baxımdan mühüm dəyərə malikdir. Bu səbəblə, mütəxəssislər Ayın bu "irsi əraziləri” üçün müvafiq qoruma siyasətlərinin formalaşdırılmasının vacibliyini vurğulayırlar.

Ay 2025 Dünya İzləmə Siyahısında

Dünya Abidələr Fondu ("World Monuments Fund” – WMF) Ayı 2025-ci ilin "İzləmə Siyahısı”na daxil edərək risk altındakı tarixi ərazilər arasında göstərib. Bu siyahıya düşən məkanlar adətən ciddi təhdidlərlə üzləşir və təcili qoruma strategiyalarına ehtiyac duyurlar. WMF, Ayda aparılan enişlərin gələcəkdə geri dönməz zərərlərə səbəb olmaması üçün Antarktika Sazişinə bənzər beynəlxalq bir qoruma protokolu təklif edir.

Bu çağırış, Beynəlxalq Abidə və Tarixi Yerlər Şurası (ICOMOS) kimi bir çox beynəlxalq aktor tərəfindən də dəstəklənir. WMF hal-hazırda kosmosdakı mədəni irsin qorunması ilə bağlı ortaq prinsiplər və uzunmüddətli hədəflər üzərində işləmək üçün beynəlxalq tərəfdaşları bir araya gətirməyə çalışır.

Kim haraya ayaq basacaq?

Ayda artan fəaliyyətlər eyni zamanda eniş yerləri üzərində qeyri-müəyyənliklər yaradır. Xüsusilə daha əvvəl edilən missiyaların izlərinin yerləşdiyi bölgələrə ikinci dəfə eniş edilməsi həm elmi, həm də etik müzakirələrə yol açır.

"For All Moonkind” kimi təşkilatlar bu ərazilərin qorunmasına yönəlik milli və beynəlxalq hüquqi tənzimləmələrə töhfə verir. Birləşmiş Millətlər Təşkilatının nəzdində fəaliyyət göstərən Kosmosdan Sülh Məqsədilə İstifadə Komitəsi (COPUOS) isə Ay fəaliyyətlərinin davamlılığını təmin etmək üçün "Ay Fəaliyyətləri Məsləhətçi Əlaqələndirmə Qrupu” (ATLAC) adlı yeni təşəbbüs başladıb.

Balanslı hüquqi çərçivəyə ehtiyac var

Bu təşəbbüslərin məqsədi həm Ay səthinə sərbəst çıxışı təmin etmək, həm də yüksək tarixi və elmi dəyərə sahib bölgələrin zərər görməsinin qarşısını almaq üçün balanslı hüquqi baza formalaşdırmaqdır.

Bununla belə, bu qoruma səylərinin maraqlı bir yan təsiri də ola bilər. Əgər həmin bölgələrə eniş qadağan olunsa, bu qərar 1969-cu ildə Ay enişinin gerçək olub-olmadığını hələ də sorğulayan konspirologiya nəzəriyyəçilərinə yeni arqumentlər verə bilər. Bəzi qruplar, "görünməyən” bu sahələrin keçmiş missiyaların reallığını sual altına almaq üçün istifadə olunacağını irəli sürür.

Bu səbəbdən həm kosmik tarixin qorunması, həm də gələcək nəsillərə doğru və əlçatan məlumat ötürülməsi arasında həssas bir tarazlıq qurulmalıdır. Qarşıdakı illərdə atılacaq addımlar təkcə texniki deyil, həm də mədəni və ictimai cəhətdən önəmli nəticələr doğuracaq kimi görünür.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 İyun 2025 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri