Icma.az
close
up
RU
Səudiyyə Ərəbistanı 25 ci Asiya Fizika Olimpiadasına ev sahibliyi edəcək

Səudiyyə Ərəbistanı 25 ci Asiya Fizika Olimpiadasına ev sahibliyi edəcək

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qahirə, 25 aprel, AZƏRTAC

Mayın 4-dən 12-dək Səudiyyə Ərəbistanı Krallığının Zahran şəhərində 25-ci Asiya Fizika Olimpiadası (APhO) keçiriləcək. Bilik yarışında 30 Asiya ölkəsini təmsil edən 240 şagirdin iştirakı gözlənilir.

AZƏRTAC “Ukaz” qəzetinə istinadla xəbər verir ki, tədbirin təşkilatçıları Səudiyyə Ərəbistanı Təhsil Nazirliyi, Kral Əbdüləziz İstedad və Yaradıcılıq Fondu, Kral Fəhd Neft və Mineralogiya Universitetidir.

Asiya Fizika Olimpiadası istedadlı orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş ən nüfuzlu beynəlxalq elm müsabiqələrindən biridir.

Olimpiadanın ilk buraxılışı 1999-cu ildə İndoneziyada 12 ölkənin iştirakı ilə keçirilib. Tələbələrin bu olimpiadaya namizədliyi onların nəzəri və praktik təlim düşərgələrində topladıqları nəticələrə əsasən mərhələli şəkildə müəyyən edilir. Dördüncü səviyyədə intensiv təlim zamanı imtahanlar keçirilir və iştirak edəcək komanda formalaşdırılır.

Qeyd edək ki, Krallıq 2024-cü ilin iyul ayında 90 ölkədən 333 şagirdin iştirakı ilə 56-cı Beynəlxalq Kimya Olimpiadasına da ev sahibliyi etmişdir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri