Səudiyyə Ərəbistanı 11ci Qlobal Su Forumuna ev sahibliyi edəcək AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qahirə, 4 dekabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı 2027-ci ildə 11-ci Qlobal Su Forumuna ev sahibliyi etməyə hazırlaşır.
AZƏRTAC “Saudi Gazette” nəşrinə istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz əl-Səud ər-Riyadda keçirilən Qlobal Su Sammitində bildirib.
Vəliəhd çıxışında, həmçinin mərkəzi qərargahı ər-Riyadda yerləşəcək Qlobal Su Təşkilatının təsis olunduğunu də elan edib. Qeyd edilib ki, təşkilat su ilə bağlı problemlərin beynəlxalq səviyyədə həlli, təcrübə mübadiləsi və su problemlərinə innovativ texnologiyalar kimi inklüziv həll yollarının tapılması üçün səyləri birləşdirəcək, tədqiqat və inkişafı gücləndirəcək.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 04 Dekabr 2024 02:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















