Səudiyyə Ərəbistanı razılıq vermədi, Tramp əməliyyatı təxirə saldı Şok iddia
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident Donald Trampın Səudiyyə Ərəbistanının ABŞ bazalarından və hava məkanından istifadəsini dayandırmasından sonra "Azadlıq Əməliyyatı" adlandırdığı əməliyyatı dayandırdığı iddia edilir.
Ölkə.Az xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.
Nəşr ABŞ rəsmisinə istinadən yazıb ki, Trampın sosial media hesabında elan etdiyi əməliyyatın Körfəz ölkələri üçün sürpriz olub.
Rəsmilər iddia edir ki, Səudiyyə Ərəbistanı hökuməti Vaşinqtona ABŞ ordusunun Şahzadə Sultan hava bazasından uçuşlar həyata keçirməsinə və ya ölkənin hava məkanından istifadə etməsinə icazə verməyəcəyi barədə məlumat verib.
Rəsmilər iddia edir ki, Trampla Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman arasındakı görüş də heç bir nəticə verməyib və Tramp sonradan əməliyyatı müvəqqəti olaraq dayandırıb.
Digər tərəfdən, Ağ Ev rəsmisi iddia edib ki, bölgədəki müttəfiqlər məsələ ilə bağlı əvvəlcədən məlumatlandırılıblar.
Mayın 4-də Tramp Hörmüz boğazında ilişib qalmış və Yaxın Şərq böhranı ilə əlaqəsi olmayan “neytral” ölkələrdən gələn gəmilərin keçməsinə kömək etməyə başlayacağını elan etdi və bu təşəbbüsü "Azadlıq Layihəsi" adlandırıb.
ABŞ dövlət katibi Marko Rubio Ağ Evdə keçirdiyi mətbuat brifinqində İranın Hörmüz boğazını bağlaması səbəbindən Körfəz bölgəsindəki 87 fərqli ölkədən təxminən 23.000 mülki şəxsi xilas etmək üçün "Azadlıq Əməliyyatı" na başladıqlarını iddia edib.
Mayın 6-da isə Tramp "Project Freedom" (Azadlıq Layihəsi) layihəsinin müvəqqəti olaraq dayandırılması qərarına gəldiyini açıqlayıb.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 07 May 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















