Icma.az
close
up
RU
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi

Səudiyyə Ərəbistanı statusunu gücləndirdi

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Donald Trampın ABŞ Prezidenti seçiləndən sonra ilk xarici səfərini Səudiyyə Ərəbistanına etməsi tərəflər üçün uğurlu oldu. Bu səfər ABŞ Prezidentinin Səudiyyə Ərəbistanı ilə strateji müttəfiqliyə verdiyi əhəmiyyətdən irəli gəlirdi.
Donald Tramp Səudiyyə Ərəbistanında çox mühüm sazişlər imzaladı. Səudiyyə Ərəbistanl ABŞ-a 600 milyar dollarlıq investisiya yatıracaq, bu məbləğin 1 trilyon dollara qədər artıracağı proqnozlaşdırılır. Paytaxt Ər-Riyadda tarixin ən böyük hərbi əməkdaşlıq sazişi də imzalandı. Səudiyyə Ərəbistanı ABŞ-dan 142 milyard dollar həcmində hərbi texnika alacaq, bu sahədə ortaq layihələr reallaşdırılacaq.
ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri yalnız ticarət və hərbi sazişlərlə yekunlaşmayıb. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Trampla görüşü zamanı bölgə sülhü və əməkdaşlığı üçün çox mühüm addım atılıb. Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın təklifi ilə Ər-Riyadda Suriya administrasiyasının rəhbəri Əhməd əş-Şara ilə görüşdürüb. Tramp bu görüşdə ABŞ-ın Suriyaya qarşı sanksiyalarıı ləğv etdiyini bildirib. Bu Suriya və bölgə ölkələri üçün çox vacib qərardır. Çünki, ABŞ-ın Suriyaya tətbiq etdiyi sanskiyalar bu ölkənin iqtisadi problemlərinin həllinə mane olur. ABŞ Suriyaya qarşı sanksiyaları 1979-cu ildən tətbiq edir. Bu Suriyada Əsəd hakimiyyətinin siyasəti ilə bağlı idi. Əsəd Suriyadan qaçdığına və bu ölkədə hakimiyyət dəyişdiyinə görə sanksiyalara ehtiyac yoxdur. Digər tərəfdən bölgə ölkələri ABŞ-ın sanskiyalarına görə, Suriyada iqtisadi laiyhələr reallaşdıra bilmirlər. Sanksiyaların ləğvindən sonra isə Səudiyyə Ərəbistanı, Türkiyə və digər ölkələr Suriyaya yatırımlarını artıracaqlar. Bu Suriya xalqı üçün vacibdir. Suriyada hakimiyyət dəyişikliyindən sonra əsas məsələ suriyalıların iqtisadi və sosial problemlərinin həllidir. Bu mənada Məhəmməd bin Salmanın Trampı Suriyaya qarşı sanksiyaları ləğvinə inandırması bölgə üçün faydalıdır. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün də Suriyada fəaliyyət göstərməsi, neft və qaz layihələrində itşirakı üçün yeni imkanlar açıldı. Suriyada neft və qazın istismarı məqsədilə neft şirkətlərinin konsorsiumlar yaratması mümkündür.
İsrailin baş naziri Benyamin Netanyahu Donald Trampın Suriyaya sanksiyaların ləğv etməsini istəmirdi. Trampın sanksiyaların ləğvi və Suriya lideri ilə görüşü Netanyahuya xəbərdarlıq mesajıdır. Bundan sonra İsrail Suriyanı bombalamaqda yenə davam edərsə, Netahyahu dostu adlandırdığı Trampla münasibətləri gərginləşdirmiş olacaq. Əgər İsrail ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlər qurmaq istəyirsə, Suriya və Fələstin siyasətini dəyişdirməlidir.
Bu arada, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşula biləcək ölkələr sırasındadır. Azərbaycanın öz müttəfiqləri Türkiyə və Səduyyə Ərəbistanı ilə eyni ittifaqda yer alması regional əməkdaşlığa fayda verəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 May 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri