Səudiyyə Ərəbistanı regionda hücum əməliyyatlarında iştirakını təkzib edib
Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Krallıq hakimiyyəti hava məkanından hücum hərbi əməliyyatları üçün istifadəyə icazə verməyib"
“Səudiyyə Ərəbistanı hava məkanını hücum hərbi əməliyyatları üçün istifadəyə verməyib və Fars körfəzindəki münaqişənin deeskalasiyasını müdafiə edir”. AYNA.AZ xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" yüksək vəzifəli Səudiyyə mənbəsinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, krallıq hakimiyyəti "hava məkanından hücum hərbi əməliyyatları üçün istifadəyə icazə verməyib".
O əlavə edib ki, "bəzi tərəflər şübhəli səbəblərdən hazırda Ər-Riyadın mövqeyinin təhrif olunmuş mənzərəsini yaratmağa çalışırlar".
"Əl-Ərəbiyyə" mənbəsi həmçinin vurğulayıb ki, Səudiyyə Ərəbistanı "deeskalasiya istəyir və Pakistanın müharibəyə son qoyacaq razılığa gəlmək səylərini dəstəkləyir".
Öz növbəsində, Səudiyyə Ərəbistanının xarici işlər nazirinin ictimai diplomatiya üzrə müavini Raed Krimli media spekulyasiyalarına etimadsızlıq göstərməyə çağırıb: "Krallıq deeskalasiyanı dəstəkləmək, eskalasiyanın qarşısını almaq və danışıqları və əlaqəli səyləri asanlaşdırmaq mövqeyini qoruyur. Səudiyyə Ərəbistanı mənbələri də daxil olmaqla, anonim mənbələrə aid edilən məlumatlar buna ziddirsə, ehtiyatla yanaşılmalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 08 May 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















