Icma.az
close
up
RU
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi Politoloq

Səudiyyə Ərəbistanı statusunu gücləndirdi Politoloq

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Donald Trampın ABŞ Prezidenti seçiləndən sonra ilk xarici səfərini Səudiyyə Ərəbistanına etməsi tərəflər üçün uğurlu oldu. Bu səfər ABŞ Prezidentinin Səudiyyə Ərəbistanı ilə strateji müttəfiqliyə verdiyi əhəmiyyətdən irəli gəlirdi".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Donald Tramp Səudiyyə Ərəbistanında çox mühüm sazişlər imzaladı:

"Səudiyyə Ərəbistanl ABŞ-yə 600 milyar dollarlıq investisiya yatıracaq, bu məbləğin 1 trilyon dollara qədər artıracağı proqnozlaşdırılır. Paytaxt Ər-Riyadda tarixin ən böyük hərbi əməkdaşlıq sazişi də imzalandı. Səudiyyə Ərəbistanı ABŞ-dən 142 milyard dollar həcmində hərbi texnika alacaq, bu sahədə ortaq layihələr reallaşdırılacaq.

ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri yalnız ticarət və hərbi sazişlərlə yekunlaşmayıb. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Trampla görüşü zamanı bölgə sülhü və əməkdaşlığı üçün çox mühüm addım atılıb. Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın təklifi ilə Ər-Riyadda Suriya administrasiyasının rəhbəri Əhməd əş-Şara ilə görüşdürüb. Tramp bu görüşdə ABŞ-nin Suriyaya qarşı sanksiyalarını ləğv etdiyini bildirib. Bu Suriya və bölgə ölkələri üçün çox vacib qərardır. Çünki, ABŞ-nin Suriyaya tətbiq etdiyi sanskiyalar bu ölkənin iqtisadi problemlərinin həllinə mane olur. ABŞ Suriyaya qarşı sanksiyaları 1979-cu ildən tətbiq edir. Bu Suriyada Əsəd hakimiyyətinin siyasəti ilə bağlı idi. Əsəd Suriyadan qaçdığına və bu ölkədə hakimiyyət dəyişdiyinə görə sanksiyalara ehtiyac yoxdur. Digər tərəfdən bölgə ölkələri ABŞ-nin sanskiyalarına görə, Suriyada iqtisadi laiyhələr reallaşdıra bilmirlər. Sanksiyaların ləğvindən sonra isə Səudiyyə Ərəbistanı, Türkiyə və digər ölkələr Suriyaya yatırımlarını artıracaqlar. Bu Suriya xalqı üçün vacibdir. Suriyada hakimiyyət dəyişikliyindən sonra əsas məsələ suriyalıların iqtisadi və sosial problemlərinin həllidir. Bu mənada Məhəmməd bin Salmanın Trampı Suriyaya qarşı sanksiyaları ləğvinə inandırması bölgə üçün faydalıdır. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün də Suriyada fəaliyyət göstərməsi, neft və qaz layihələrində itşirakı üçün yeni imkanlar açıldı. Suriyada neft və qazın istismarı məqsədilə neft şirkətlərinin konsorsiumlar yaratması mümkündür.

İsrailin baş naziri Benyamin Netanyahu Donald Trampın Suriyaya sanksiyaların ləğv etməsini istəmirdi. Trampın sanksiyaların ləğvi və Suriya lideri ilə görüşü Netanyahuya xəbərdarlıq mesajıdır. Bundan sonra İsrail Suriyanı bombalamaqda yenə davam edərsə, Netahyahu dostu adlandırdığı Trampla münasibətləri gərginləşdirmiş olacaq. Əgər İsrail ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlər qurmaq istəyirsə, Suriya və Fələstin siyasətini dəyişdirməlidir.

Bu arada, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşula biləcək ölkələr sırasındadır. Azərbaycanın öz müttəfiqləri Türkiyə və Səduyyə Ərəbistanı ilə eyni ittifaqda yer alması regional əməkdaşlığa fayda verəcək".

Vasif ƏLİHÜSEYN 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 May 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri