Səudiyyə Ərəbistanında hava həyəcanı: Husilər neft obyektlərini hədəf aldı
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanına raket və pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıblar.
Milli.Az xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Səri hücumların Qırmızı dəniz sahilində yerləşən Yanbu və Cizan şəhərlərindəki "Saudi Aramco" şirkətinə məxsus neft obyektlərini hədəf aldığını bildirib. Onun sözlərinə görə, bu əməliyyatlar Səudiyyə Ərəbistanının Hudeydə şəhərinə endirdiyi hava zərbələrinə cavab olaraq həyata keçirilib.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti hər iki şəhərdə hava həyəcanı siqnallarının verildiyini təsdiqləyib. Lakin hadisə nəticəsində dağıntılar və ya insan tələfatı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Hücumlar Qırmızı dəniz və Bab əl-Məndəb boğazında gərginliyin artdığı bir dövrə təsadüf edir. Strateji əhəmiyyət daşıyan bu marşrut dünya dəniz ticarətinin əsas yollarından biri hesab olunur və qlobal yük daşımalarının təxminən 12 faizi buradan həyata keçirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 26 İyul 2026 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















