Husilər Səudiyyə Ərəbistanında Aramco nun zavodlarına zərbələr endirdi
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Yəmən üsyançı Ənsar Allah (husilər) hərəkatı Səudiyyə Ərəbistanının neft və qaz şirkəti "Saudi Aramco"nun obyektlərinə, neft boru kəmərinə, bir neçə hava limanına və hərbi bazaya hücum etdiklərini bəyan edib.
Bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Saria bildirib.
"Silahlı qüvvələrimiz ballistik raketlər və dronlardan istifadə edərək yeddi hədəfə zərbələr endirib. Hücumlar Yanbudakı "Saudi Aramco" obyektlərini, "Rabigh" neft emalı zavodunu, xam neft nasos stansiyalarını və Şərq-Qərb boru kəmərini hədəf alıb" - Y.Saria qeyd edib.
Bundan əlavə, üsyançı sözçüsünün sözlərinə görə, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, Dammamdakı Kral Fəhd Beynəlxalq Hava Limanına, Nəcran Hava Limanına və Xamis Muşayt hava bazasına zərbələr endirilib.
Husi sözçüsü bildirib ki, bu hərəkətlər Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hücumlarına cavabdır.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 24 Oktyabr 2026 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















