Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevə məktub ünvanlayıb
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Cebheinfo.az" xəbər verir ki, məktubda deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.
Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan Hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik.
Qardaş ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək istəyimizi bir daha bəyan edirik.
Zati-alinizə salamlarımızı və ehtiramımızı çatdırırıq".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 04 Noyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















