Icma.az
close
up
RU
Səudiyyə ilə saziş viza siyasətində şəffaflıq olduğunu göstərir

Səudiyyə ilə saziş viza siyasətində şəffaflıq olduğunu göstərir

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanı hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında imzalanan saziş həmçinin hökumətimizin viza siyasətində şəffaflığı, eləcə də, ölkəmizin beynəlxalq birliyin üzvü olan dost dövlətlərlə münasibətlərin inkişafına verdiyi dəyəri göstərir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclası zamanı deputat Rizvan Nəbiyev deyib.

"Azərbaycan Respublikası Səudiyyə Ərəbistanı Krallığı ilə həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli müstəvidə sıx əməkdaşlıq edir. Dost və qardaş Səudiyyə Ərəbistanı ilə münasibətlərimizin əsaslarının formalaşdırılmasına Ümummilli Lider Heydər Əliyevin 30 il əvvəl, 1994-cü ildə bu ölkəyə etdiyi rəsmi səfər ciddi töhfə vermişdir. Ümummili Liderin İki Müqəddəs Ocağın Xadimi, mərhum Kral Fəhd Al Səudla apardığı danışıqlarla və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın ümumi istiqamətlərinə dair imzalanan hökumətlərarası Baş Sazişlə münasibətlərimzin möhkəm təməli qoyuldu. Məhz bu fundament üzərində qurulan və son 30 il ərzində iki dövlət arasında inkişaf edən əlaqələr Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş” münasibətlər kimi dəyərləndirilir. Hesab edirəm ki, bu strateji tərəfdaşlığın ikitərəfli yazılı sənəddə də hüquqi baxımından təsbit olunması zərurətdir.

Səudiyyə hökumətinin torpaqlarımızın beynəlxalq hüquqa zidd işğalına uzun illər beynəlxalq müstəvidə göstərdiyi dəstək mövqeyi olmuşdur. Bir faktı vurğulamaq istərdim ki, Azərbaycan Respublikası 2023-ci ilin sentyabrında suverenliyini tam bərpa edənədək Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik münasibətlər qurmamışdrı.Bu illər ərzində həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda göstərilən qarşılıqlı dəstək yüksək qiymətləndirilməlidir",-o deyib.

Deputat söyləyib ki, əlaqələrin müsbət dinamika ilə inkişafı və ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

"Son 2-3 il ərzində iki ölkə arasında müşahidə olunan qarşılıqlı səfərlər dinamikası buna əyani sübutdur.

2022-2023-cü illər ərzində Səudiyyə Ərəbistanı və Azərbaycan arasında müxtəlif səviyyələrdə qarşılıqlı olaraq 16 səfər həyata keçirilib.

Ölkələrimiz arasında əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələr də vacib yer tutur. Xanım Sədr sizin ötən illər ölkəmizdə səfərdə olan çoxsaylı Səudiyyəli nümayəndə heyətlərinin rəhbərləri ilə Milli Məclisdəki görüşləriniz buna misaldır.

Post münaqişə dövründə də Səudiyyə Ərəbistanının dost münasibəti özünü faktlarda göstərir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə fəaliyyəti üçün ayrılan 3 milyon ABŞ dolları məbləğində dəstək minnətdarlıqla qeyd edilməlidir.

Səudiyyə Ərəbistanı investisiya naziri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən ilk əcnəbi hökumət üzvlərindən olub. Səudiyyəli nazir energetika, xüsusilə “yaşıl energetika”, kənd təsərrüfatı, eko-turizm kimi sahələrə sərmayə yatırmaqda maraqlı olduqlarını qeyd edib. ölkə arasında İqtisadi Əməkdaşlıq Komissiyaları bu istiqamətdə fəaliyyətlərini uğurla davam etdirirlər.

Sonda fikirlərimi bu ölkədə yerləşən iki müqəddəs şəhərin İslam dini üçün malik olduğu dəyərlərə Ümummilli Liderimizin və cənab Prezidentin göstərdiyi ehtiramı vurğulamaqla yekunlaşdırmaq istərdim. Belə ki, həm Ümummilli Lider və həm də cənab Prezident Səudiyyə Ərəbistanına etdikləri səfərlər çərçivəsində Məkkə və Mədinə şəhərlərində olub, Ümrə ayinini yerinə yetirib, Məhəmməd (s) Peyğəmbərin qəbrini ziyarət ediblər. Allah qəbul etsin".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Noyabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri