Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Pekin, 7 iyun, AZƏRTAC
Şimali Koreya BMT-nin sanksiyalarına baxmayaraq ötən il təxminən 1,5 milyon ton kömür ixrac edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreya parlamentinin deputatı Yu Yonq-von ölkənin kəşfiyyat orqanının məlumatına istinadla açıqlama yayıb.
“Şimali Koreya Çin, Rusiya və üçüncü ölkələrdən həm öz bayrağı, həm də xarici bayraq altında üzən yük gəmilərindən istifadə etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə tamamilə qadağan edilmiş kömür və dəmir filizi kimi mineralların ixracını davam etdirib, eləcə də emal olunmuş neft məhsullarının qaçaqmalçılığı ilə məşğul olub”, - deyə Yu Yonq-von bildirib.
Deputat ötən il Şimali Koreyanın Çin və Rusiyadan xam neft idxalının BMT-nin müəyyən etdiyi 500 min barellik həddi 7 dəfə aşdığını deyib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Şimali Koreyaya nüvə silahları və ballistik raketlərin inkişafı üçün gəlir əldə etmək məqsədilə istifadə edilə biləcək kömür və digər mineralların ixracını qadağan edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 07 İyun 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















