Icma.az
close
up
RU
Seul Ukraynada əsir düşən şimali koreyalı hərbçilərin müdafiəsini təmin etməyə hazırdır

Seul Ukraynada əsir düşən şimali koreyalı hərbçilərin müdafiəsini təmin etməyə hazırdır

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cənubi Koreya Ukraynada əsir düşən və cənuba getmək istəyən şimali koreyalı əsgərlərin müdafiəsini təmin etməyə və dəstək verməyə hazır olduğunu bəyan edib.

Bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Ukrayna qüvvələri tərəfindən əsir götürülmüş şimali koreyalı əsgərlərdən birinin Cənubi Koreyada sığınacaq istəməsi barədə məlumata istinadən bildirib.

KİV-in məlumatına görə, Ri soyadlı şimali koreyalı əsgər Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etdiyini bilmədiyini deyib. Hərbçinin sözlərinə görə, o, təcrübə keçmək adı altında Rusiyaya göndərilib. Əvvəllər Şimali Koreyanın Ukrayna ilə müharibədə Rusiyaya dəstək məqsədilə təxminən 11 min hərbçi göndərdiyi bildirilmişdi.

"Konstitusiyaya əsasən, Şimali Koreya əsgərləri bizim vətəndaşlarımızdır və onların repatriasiya ilə bağlı azad iradəsinə hörmət beynəlxalq hüquqa və adi təcrübəyə uyğundur", - nazirlikdən bildirilib.

Seul öz mövqeyini Kiyevə çatdırıb və bu məsələ ilə bağlı məsləhətləşmələri davam etdirəcək. Nazirlik həmçinin vurğulayıb ki, insanlar təqib oluna biləcəkləri yerlərə zorla qaytarılmamalıdır.

Qeyd olunub ki, Şimali Koreyanın iki hərbçisi Rusiyanın qərb sərhədində, Kursk vilayətində döyüşlər zamanı Ukrayna qüvvələri tərəfindən əsir götürülüb. Onlardan biri əvvəllər Cənubi Koreyaya köçmək istədiyini bildirmişdi.

Seul vətəndaşların qəbulu qanunları və əsas prinsiplərinə uyğun olaraq əsgərlərin lazımi müdafiəsini təmin etməyə və dəstək verməyə hazır olduğunu bəyan edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 19 Fevral 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri