Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın əvvəlində Rusiya Federasiyasının Kursk vilayətində ukraynalı hərbçilər tərəfindən saxlanılan Şimali Koreya əsgərinin dindirilməsinin görüntülərini yayıb.
Yeniavaz.com xəbər verir ki, o, sözügedən kadrları “Teleqram” kanalında dərc edib.
“Belə hərbçilərin Rusiya ərazisində hərəkəti, təlimi və təcrid olunması ilə bağlı kəşfiyyat məlumatları məhbusların sözləri ilə təsdiqlənir”, - deyə Zelenski bildirib.
Ukrayan liderinin yaydığı kadrlarda əsir götürülən Şimali Koreya əsgərinin Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqləri ilə dialoqları əks olunub.
Şimali Koreya əsgəri deyib ki, bir neçə koreyalı hərbçi Rusiyanın ağır texnikasından istifadə etmək üçün təlim keçib və Rusiyaya köçürülüb.
Xatırladaq ki, yanvarın 11-də Ukrayna ilk olaraq 2 Şimali Koreya əsgərinin əsir götürüldüyünü elan edib.
Bu mövzuda digər xəbərlər:Zelenski KXDR dən əsir götürülən əsgərin dindirilməsinin videosunu paylaşıb Video
20 Yanvar 2025 15:33
Seul Ukraynada əsir düşən şimali koreyalı hərbçilərin müdafiəsini təmin etməyə hazırdır
19 Fevral 2025 19:35
Çin əsgərləri əsir götürülüb Zelenski
08 Aprel 2025 16:44
Zelenski əsir düşmüş Şimali Koreya əsgərinin yeni görüntülərini yayıb
21 Yanvar 2025 12:40
Kiyevdə itkin və əsir düşən hərbçilərin yaxınlarının aksiyası başlayıb
03 May 2025 11:15
Baxış sayı:122
Bu xəbər 20 Yanvar 2025 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















