Seulda prezidentin impiçmenti ilə bağlı kütləvi aksiyalar keçirilib
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
On minlərlə insan Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində ölkə prezidenti Yun Sok Yolun impiçmenti məsələsi ilə bağlı mitinqlərdə iştirak edib.
525.az “Report” a istinadən xəbər verir ki, “Candle Move” etiraz hərəkatı Konstitusiya Məhkəməsinin binası qarşısında prezidentin əleyhdarlarının iştirakı ilə mitinq təşkil edib.
Qrupun liderlərindən biri olan Kim Min Unun sözlərinə görə, prezident "vəzifəsinə bərpa edilə bilməz", çünki onun hərəkətləri, o cümlədən keçən ilin dekabrında qısamüddətli hərbi vəziyyətin tətbiqi ölkədə demokratiyaya ziyan vurur.
Eyni zamanda, prezidentin tərəfdarları Kvanxvamun rayonunda genişmiqyaslı mitinq keçirərək onun dərhal vəzifəsinə bərpa edilməsinə çağırıblar.
Polisin məlumatına görə, aksiyada təxminən 35 min nəfər iştirak edib.
Şəhər küçələrində asayişin təmin edilməsi üçün 3 min 600-ə yaxın polis səfərbər edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 15 Mart 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















