Seulda “Ümumdünya Ətraf Mühit Günü” başlayıb
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cənubi Koreyanın paytaxtı Seulda "Ümumdünya Ətraf Mühit Günü" başlayıb. SİA xəbər verir ki, bu tədbir BMT-nin Ətraf Mühit Proqramının (UNEP) təşkilatçılığı ilə keçirilir.
Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Tədbir iştirakçılarına BMT-nin Baş katibi Antonio Quterreş videomüraciətlə çıxış edib.
"Ümumdünya Ətraf Mühit Günü plastik çirklənmə ilə mübarizə yollarının axtarışına həsr olunub. Plastik çirklənmə ekosistemlərə, rifahımıza və iqlimə zərər vurur. Plastik tullantılar çayları zibilləyir, okeanı çirkləndirir və vəhşi təbiəti təhlükə altına alır", - o bildirib.
Təşkilatın Baş katibi həmçinin plastik çirklənmə probleminə son qoymaq və bütün bəşəriyyət üçün daha yaxşı gələcək qurmaq üçün ciddi səylər göstərməyə çağırıb.
Gözlənilir ki, bu gün Azərbaycan 2026-cı il üçün tədbirin ev sahibi ölkəsi elan ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 05 İyun 2025 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















