Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Ümumdünya Ətraf Mühit Günü: Plastik çirklənmə ilə mübarizə

Ümumdünya Ətraf Mühit Günü: Plastik çirklənmə ilə mübarizə

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 iyun, AZƏRTAC

Bu gün Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü və ya Ümumdünya Ətraf Mühit Günüdür. Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilən və hər il iyunun 5-də qeyd olunan Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü bütün ekoloqlar və ekoloji təşkilatlar üçün qlobal diqqəti ekoloji problemlərə cəlb etmək, habelə ətraf mühitin qorunmasına yönəlmiş siyasi marağı və müvafiq tədbirləri stimullaşdırmaq üçün əsas vasitələrdən biridir.

AZƏRTAC xatırladır ki, ekoloji təqvim 1972-ci il dekabrın 15-də BMT Baş Assambleyasının 27-ci sessiyasında elan edilib. Seçilmiş tarix, yəni, 5 iyun 1972-ci ildə İnsan Ətraf Mühitinə dair Stokholm Konfransının başlandığı gündür. Məhz həmin tarixdən sonra Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) yaradılıb.

Həmin günün qeyd edilməsi hər bir insanda ətraf mühitin mühafizəsinə töhfə vermək istəyini oyatmaq və daha çox insanı planetin təbii həyat təminatı sistemlərinə artan təzyiqin kritik həddə çatmasının qarşısını almaq üçün tədbirlər görməyə təşviq etmək məqsədini daşıyır.

Ətraf mühit ciddi təsirlərə məruz qalır

Təəssüf ki, Yer planetinin ekosistemləri uzun müddət istismar və məhv edilib. Dünya hər üç saniyədə bir futbol meydançası boyda meşə sahəsini itirir. Planetin bataqlıq ərazilərinin və mərcan riflərinin yarısı ötən əsrdə məhv olub. Hər il 11 milyon ton plastik tullantı su ekosistemlərinə daxil olur, 800 növ dəniz və sahil orqanizmləri bundan əziyyət çəkir. Ekosistem itkisi dünyanı meşələr və torf torpaqları kimi karbon yuvalarından məhrum edir. Qlobal istixana qazları emissiyaları son üç ildir ki, ardıcıl olaraq artıb və planet potensial fəlakətli iqlim dəyişikliyinin bir addımlığındadır.

Atmosferin temperaturu insanlar və təbiət ona uyğunlaşa bilməyəcək qədər sürətlə yüksəlir; kiçilən yaşayış yerləri bir milyona yaxın heyvan və bitki növlərinin itirilməsi ilə təhdid edir; biz isə havanı, torpağı və suyu çirkləndirməyə davam edirik. Bütün dünyada ekosistemlər təhlükə altındadır. Meşələrdən və quru ərazilərdən tutmuş əkin sahələrinə və göllərə qədər bəşəriyyətin asılı olduğu təbii məkanlar geridönüşü olmayan nöqtəyə yaxındır. Planetin torpaqlarının 40 faizi deqradasiyaya uğrayıb və bu, dünya əhalisinin yarısına birbaşa təsir edir. 2000-ci ildən bəri quraqlıqların sayı və müddəti 29 faiz artıb. Təcili tədbirlər görülməsə, 2050-ci ilə qədər quraqlıq dünya əhalisinin 75 faizdən çoxunu əhatə edə bilər. Üstəlik, COVID-19-un ortaya çıxması ekosistem itkisinin nə qədər fəlakətli nəticələrinin ola biləcəyini göstərdi. Heyvanların təbii yaşayış yerlərinin sahəsini azaltmaqla insanlar patogenlərin, o cümlədən koronavirusların yayılması üçün “ideal şərait” yaradıb.

Ümumdünya Ətraf Mühit Günü həm hər bir insan, həm də bütün dünya üçün bir hadisədir. 1972-ci ildə qeyd olunmağa başlayandan bəri bir çox ölkələrdə minlərlə insan ağac əkmək və vəhşi təbiət cinayətlərinə qarşı mübarizəyə qədər müxtəlif tədbirlər həyata keçirib. Bu illər ərzində müxtəlif ölkələrdən və sosial sektorlardan minlərlə insan ətraf mühitin qorunması üçün xüsusi tədbirlərdə iştirak edib. Həmin təqvim bu gün bizim hər birimizə planetimizin qayğısına qalmaq üçün məsuliyyət götürmək və dəyişikliklərə fəal töhfə vermək imkanı verir.

Yeri gəlmişkən, həmin gün hər il müəyyən bir deviz altında keçirilir. Günün mövzusu və əsas beynəlxalq tədbirlərin keçiriləcəyi yer BMT nümayəndələri tərəfindən müəyyən olunur.

Bu il Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü “Plastik çirklənmə ilə mübarizə” şüarı ilə qeyd edilir.

Azərbaycanda ətraf mühitin mühafizəsinə diqqət

Dünyanın müxtəlif ölkələrində olduğu kimi Azərbaycanda da ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

ETSN bu gün ətraf mühitin çirklənməsinə səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir.

Son illər Bakıda və ətraf yaşayış massivlərində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən kütləvi ağacəkmə aksiyaları, reintroduksiya layihələri birbaşa ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət edir.

Hər il ETSN tərəfindən meşəbərpa tədbirləri həyata keçirilir, yeni meşə sahələri və yaşıllıqlar salınır, qiymətli ağac və kol cinslərinin qorunması və artırılması sahəsində işlər görülür. Ətraf mühitin mühafizəsi tədbirlərində IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi də aktiv iştirak edir.

Son illər qarşıda duran əsas prioritetlər arasında azad edilmiş ərazilərin ətraf mühitinin bərpası ön sıradadır. Həmin ərazilər minalardan təmizləndikcə görülən işlərin miqyası da genişlənir.

Məlumdur ki, Prezident İlham Əliyevin 2023-cü il dekabrın 25-də imzaladığı müvafiq Sərəncamla Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olundu. Həmin il çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Tədbirlər Planı hazırlanaraq təsdiqləndi. Orada ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, yaşıllıqların artırılması, maarifləndirmə, yeni milli parkların və xüsusi mikrotəsərrüfatların yaradılması və s. ilə bağlı tədbirlər yer aldı.

Təkcə ötən il "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 8 milyondan çox ağac əkildi.

Beynəlxalq tədbirlərə ev sahibliyi və nəticə

Ötən ilin noyabrında Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etdi. Təxminən iki həftə ərzində 76 mindən çox iştirakçı bu və digər şəkildə tədbirlərdə iştirak etdi. Əksər dövlətlərin liderlərinin, prezident, baş nazir və ya nazirlərinin, 2200-ə yaxın QHT-dən 10 mindən çox təmsilçinin, müxtəlif sahələri əhatə edən dünyada tanınmış şəxslərin Bakıda iştirakı tədbirin yüksək səviyyədə təşkil olunmasının göstəricisidir.

Bakıda keçirilən COP29 tədbirində COP tarixində ilk dəfə olaraq mühüm razılıqlar əldə edildi. Bu uğurlara rəsmi Bakının sərf etdiyi böyük əmək nəticəsində nail olundu. Azərbaycan bu kimi tədbirləri keçirən və keçirmək istəyən dövlətlər üçün nümunə rolunu oynadı.

2026-cı ildə isə Azərbaycan UNEP tərəfindən hər il təşkil olunan qlobal tədbirə - Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Belə ki, bu il Koreyada keçirilən tədbirdə estafet 2026-cı il Ümumdünya Ətraf Mühit Günü tədbirinin ev sahibi olaraq Azərbaycan tərəfindən rəsmən qəbul edilib. Bununla, bu mötəbər tədbirin ölkəmizdə UNEP ilə birgə təşkili prosesinə start verilib.

Ölkəmizdə keçiriləcək tədbir iqlim dəyişmələri mövzusuna həsr olunacaq. Bu mühüm hadisə Azərbaycanın ətraf mühit sahəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfənin tanıdılması ilə yanaşı, ötən il keçirilmiş COP29-un nəticələrinin təşviq olunmasına və gələn il Azərbaycanda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu ilə sinerji yaradılmasına xidmət edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see505

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see477

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see286

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see267

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see260

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see259

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see250

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see248

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see247

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see243

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see238

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see226

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see225

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see216

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see214

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see203

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see200

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see197

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri