Icma.az
close
up
RU
Sevginin bitdiyini və sadəcə vərdişə çevrildiyini necə anlamaq olar?

Sevginin bitdiyini və sadəcə vərdişə çevrildiyini necə anlamaq olar?

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzən insanlar uzun illər birlikdə yaşayır, amma artıq bir-birlərinə sevgi hiss etmirlər. Sadəcə rahatlıq və vərdişə görə bir yerdə qalırlar - qonşu, ya bacı-qardaş kimi. "Vərdiş" deyəndə, çox vaxt nəzərdə tuturuq ki, artıq içimizdə ağrı, həyəcan, çırpıntı yoxdur - münasibət sakitcə davam edir.

Milli.Az gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə rusiyalı psixoloq Stanislav Samburski danışıb.

"Gəlin, dürüst olaq. Vərdiş nə nəvazişdir, nə də ehtiras. Bu, sadəcə proqnozlaşdırıla biləndir. Bu, beynin əlavə enerji sərf etmədən əvvəlki ssenarini təkrar etməsidir: oyanmaq, qəhvə, səhər yeməyi, "sabahın xeyir", mesencer, iş məsələləri, "gün necə keçdi?" və yatmaq. Bu, təbii ki, rahat bir şey ola bilər, əgər bunun altında emosional əsas varsa. Amma bu, əgər içi boş bir qabıqdan ibarətdirsə, boğucu da ola bilər", - deyə o izah edib.

Onun sözlərinə görə, psixologiyada buna emosional inersiya deyilir: münasibətlər artıq canlı hisslərə görə yox, sadəcə hərəkətin öyrəşilmiş trayektoriyası daha rahat olduğu üçün davam edir. Durub "biz ümumiyyətlə hara gedirik?" sualını vermək əvəzinə, insanlar yola davam edir.

"Ən geniş yayılmış yanlış fikirlərdən biri də budur: guya sevgi həmişə atəşfəşanlıq kimi olmalıdır. Halbuki münasibətin əvvəlindəki emosional fişəngləri hormonlar təmin edir. Zaman keçdikcə, hormonlar sakitləşir, fişənglərin yerini romantik soba tutur, daha sonra isə sadəcə isti bir peç olur. Amma əgər siz artıq uzun müddətdir ki, bu peçin istiliyini hiss etmirsinizsə, həyat yoldaşınıza yaxın olmaq istəmirsinizsə, fikirlərinizi, planlarınızı, hisslərinizi paylaşmırsınızsa - bəlkə bu artıq peç yox, közərmiş küllərdir", - deyə ekspert izah edib.

"Müştərilərim tez-tez deyirlər: "Hər şey yaxşıdır, ərim içki içmir, qışqırmır, pul gətirir. Amma biz otaq yoldaşı kimi yaşayırıq". Qadın başa düşə bilmir, münasibətdə qalmaq istəyirmi? Düşünür: "Bəlkə bu, hamıda belədir, bəlkə mən bir daha heç kimi tapmayacağam". Bax bu "hamıda belədir" ən təhlükəli illüziyalardan biridir. Xeyr, hamıda belə deyil. Və belə olmamalıdır", - deyə ekspert bildirib.

Samburskinin sözlərinə görə, sevgi ilə vərdişi bir-birindən ayırmaq üçün sadə və dürüst bir test var.

"Təsəvvür edin, əriniz yoxdur. O, bir aylıq, hətta bir illik uzağa gedib. Nə hiss edirsiniz? Rahatlıq? Boşluq? Azadlıq sevinci? Həyat tərzinə görə kədər? Yoxsa məhz ona görə darıxırsınız?

Hisslər böyük sözlərdə gizlənmir. Onlar kiçik impulslardır. Onun səsini eşitmək istəyi. Gülməli bir şəkil göndərmək arzusu. Necə çatdığı ilə maraqlanmaq istəyi. Bu - canlı iştirakdır. Vərdiş isə budur: siz bilirsiniz ki, o çatacaq. Çünki həmişə çatır və... sizə fərqi yoxdur", - deyə psixoloq qeyd edib.

Bəs niyə insan hər şey aydın olduğu halda belə ayrılmaqdan qorxur? Çünki vərdiş - təhlükəsizlik illüziyasıdır:

"Biz bir yerdəyik - deməli, tək deyiləm. Birlikdə yaşayırıq - deməli, hər şey qaydasındadır. O, pis insan deyil". Amma "pis insan deyil" - sevgi deyil. Bu, sadəcə rezyumedəki bir cümlədir. Psixologiyada buna koqnitiv dissonans deyilir, yəni insanın daxili hissləri ilə davranışı uyğun gəlmir. Məsələn, siz başa düşürsünüz ki, artıq sevmirsiniz, amma yenə də birgə gələcək planları qurursunuz. Çünki qorxursunuz. Çünki "şikayət edəsi bir şey yoxdur". Çünki "nə deyəcəklər?"

Əgər hiss edirsinizsə, sevgi keçib, bəs onda nə etməli?

Bununla belə Stanislav Samburski tez qərar verməməyə, tələsik ayrılmamağa çağırıb.

"Əvvəlcə başa düşün: nə keçib? Bəlkə sevgi yox, sadəcə resurs bitib? Bəlkə bu, son yox, böhrandır? Danışın. Susaraq hissləri içəridə saxlamaq - bu münasibətlərin altına saatlı bomba qoymaqdır.

Bədəninizə qulaq asın. Bəzən sevgi ona görə yox olur ki, siz artıq öz bədəninizi tərk etmisiniz - tükənmə, yorğunluq, həddindən artıq yüklənmə səbəbindən. Bədən yalan danışmaz. Əgər partnyorunuzun yanında nəfəs ala bilmirsinizsə - bu, siqnaldır. Dürüst suallar verməkdən qorxmayın. Hətta cavab qorxuducu olsa belə. Əgər qorxursunuzsa, təkliyə yox, dəstəyə gedin. Konsultasiyalar, qruplar, etibarlı mühit - bunlar daxili dünyanızı ayırmaq və özünüzü yenidən toplamaq üçün vacibdir", - deyə ekspert məsləhət verib./oxu.az

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 İyun 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri