Icma.az
close
up
RU
Sevginin bitdiyini və sadəcə vərdişə çevrildiyini necə anlamaq olar? Psixoloqdan sadə TEST

Sevginin bitdiyini və sadəcə vərdişə çevrildiyini necə anlamaq olar? Psixoloqdan sadə TEST

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bəzən insanlar uzun illər birlikdə yaşayır, amma artıq bir-birlərinə sevgi hiss etmirlər. Sadəcə rahatlıq və vərdişə görə bir yerdə qalırlar - qonşu, ya bacı-qardaş kimi. "Vərdiş" deyəndə, çox vaxt nəzərdə tuturuq ki, artıq içimizdə ağrı, həyəcan, çırpıntı yoxdur - münasibət sakitcə davam edir.

Oxu.Az gazeta.ru-ya istinadla bildirir ki, bu barədə rusiyalı psixoloq Stanislav Samburski danışıb.

"Gəlin, dürüst olaq. Vərdiş nə nəvazişdir, nə də ehtiras. Bu, sadəcə proqnozlaşdırıla biləndir. Bu, beynin əlavə enerji sərf etmədən əvvəlki ssenarini təkrar etməsidir: oyanmaq, qəhvə, səhər yeməyi, "sabahın xeyir", mesencer, iş məsələləri, "gün necə keçdi?" və yatmaq. Bu, təbii ki, rahat bir şey ola bilər, əgər bunun altında emosional əsas varsa. Amma bu, əgər içi boş bir qabıqdan ibarətdirsə, boğucu da ola bilər", - deyə o izah edib.

Onun sözlərinə görə, psixologiyada buna emosional inersiya deyilir: münasibətlər artıq canlı hisslərə görə yox, sadəcə hərəkətin öyrəşilmiş trayektoriyası daha rahat olduğu üçün davam edir. Durub "biz ümumiyyətlə hara gedirik?" sualını vermək əvəzinə, insanlar yola davam edir.

"Ən geniş yayılmış yanlış fikirlərdən biri də budur: guya sevgi həmişə atəşfəşanlıq kimi olmalıdır. Halbuki münasibətin əvvəlindəki emosional fişəngləri hormonlar təmin edir. Zaman keçdikcə, hormonlar sakitləşir, fişənglərin yerini romantik soba tutur, daha sonra isə sadəcə isti bir peç olur. Amma əgər siz artıq uzun müddətdir ki, bu peçin istiliyini hiss etmirsinizsə, həyat yoldaşınıza yaxın olmaq istəmirsinizsə, fikirlərinizi, planlarınızı, hisslərinizi paylaşmırsınızsa - bəlkə bu artıq peç yox, közərmiş küllərdir", - deyə ekspert izah edib.

"Müştərilərim tez-tez deyirlər: "Hər şey yaxşıdır, ərim içki içmir, qışqırmır, pul gətirir. Amma biz otaq yoldaşı kimi yaşayırıq". Qadın başa düşə bilmir, münasibətdə qalmaq istəyirmi? Düşünür: "Bəlkə bu, hamıda belədir, bəlkə mən bir daha heç kimi tapmayacağam". Bax bu "hamıda belədir" ən təhlükəli illüziyalardan biridir. Xeyr, hamıda belə deyil. Və belə olmamalıdır", - deyə ekspert bildirib.

Samburskinin sözlərinə görə, sevgi ilə vərdişi bir-birindən ayırmaq üçün sadə və dürüst bir test var.

"Təsəvvür edin, əriniz yoxdur. O, bir aylıq, hətta bir illik uzağa gedib. Nə hiss edirsiniz? Rahatlıq? Boşluq? Azadlıq sevinci? Həyat tərzinə görə kədər? Yoxsa məhz ona görə darıxırsınız?

Hisslər böyük sözlərdə gizlənmir. Onlar kiçik impulslardır. Onun səsini eşitmək istəyi. Gülməli bir şəkil göndərmək arzusu. Necə çatdığı ilə maraqlanmaq istəyi. Bu - canlı iştirakdır. Vərdiş isə budur: siz bilirsiniz ki, o çatacaq. Çünki həmişə çatır və… sizə fərqi yoxdur", - deyə psixoloq qeyd edib.

Bəs niyə insan hər şey aydın olduğu halda belə ayrılmaqdan qorxur? Çünki vərdiş - təhlükəsizlik illüziyasıdır:

"Biz bir yerdəyik - deməli, tək deyiləm. Birlikdə yaşayırıq - deməli, hər şey qaydasındadır. O, pis insan deyil". Amma "pis insan deyil" - sevgi deyil. Bu, sadəcə rezyumedəki bir cümlədir. Psixologiyada buna koqnitiv dissonans deyilir, yəni insanın daxili hissləri ilə davranışı uyğun gəlmir. Məsələn, siz başa düşürsünüz ki, artıq sevmirsiniz, amma yenə də birgə gələcək planları qurursunuz. Çünki qorxursunuz. Çünki "şikayət edəsi bir şey yoxdur". Çünki "nə deyəcəklər?"

Əgər hiss edirsinizsə, sevgi keçib, bəs onda nə etməli?

Bununla belə Stanislav Samburski tez qərar verməməyə, tələsik ayrılmamağa çağırıb.

"Əvvəlcə başa düşün: nə keçib? Bəlkə sevgi yox, sadəcə resurs bitib? Bəlkə bu, son yox, böhrandır? Danışın. Susaraq hissləri içəridə saxlamaq - bu münasibətlərin altına saatlı bomba qoymaqdır.

Bədəninizə qulaq asın. Bəzən sevgi ona görə yox olur ki, siz artıq öz bədəninizi tərk etmisiniz - tükənmə, yorğunluq, həddindən artıq yüklənmə səbəbindən. Bədən yalan danışmaz. Əgər partnyorunuzun yanında nəfəs ala bilmirsinizsə - bu, siqnaldır. Dürüst suallar verməkdən qorxmayın. Hətta cavab qorxuducu olsa belə. Əgər qorxursunuzsa, təkliyə yox, dəstəyə gedin. Konsultasiyalar, qruplar, etibarlı mühit - bunlar daxili dünyanızı ayırmaq və özünüzü yenidən toplamaq üçün vacibdir", - deyə ekspert məsləhət verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 İyun 2025 03:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri