Icma.az
close
up
RU
Sevgiyə möhtac uşaqlar və fədakar analar

Sevgiyə möhtac uşaqlar və fədakar analar

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sayğı və qayğı onlara həyat eşqi gətirir

Autizm spektri pozğunluğu olan insanlar kimlərdir? Qeyri-adi, çox vaxt hətta istedadlı olan bu insanları yaxından tanıdıqca onların dünyaya baxışlarının nə qədər fərqli olduğunu daha dərindən hiss edirsən.

Aprelin 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Rəngli dünyalar: autizm və sevgi” adlı toplantıda öz bacarıqlarını nümayiş etdirən autizmli uşaqlar iştirakçılara sevincli anlar yaşatdılar. Öz anaları ilə səhnəyə çıxan uşaqlar böyük həvəslə mahnı oxudular. Onlar ana-bala rəqsi, vals, şeir, musiqi alətində ifa, intellektual söz yarışması və s. təqdim etdilər.

Şənliyin təşkilatçısı, “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva XQ-yə verdiyi açıqlamada qeyd etdi ki, məqsəd autizmli uşaqların ailələrinin qarşılaşdığı problemlər, onların qayğıları və uşaqlarının inkişafına göstərdiyi diqqət, autizmli uşaqların cəmiyyətə inteqrasiyasıdır:

– Bu görüş bir qədər fərqlidir. Həmişə mütəxəssislər danışırlar. Bu dəfə anaları və övladlarını dinlədik. Onlar həyat qayğılarından, çətinliklərdən, problemlərdən bəhs etdilər. Autizmli uşaqlar anaları ilə məharətlərini göstərdilər.

Autizmli uşaqlardan biri Şamxal Xələflinin anası Zəhra xanım bu yanaşmanın əhəmiyyətini vurğuladı:

– Autizmli uşaqların ailələrinin, xüsusən anaların fədakarlığını xüsusi qeyd etmək istəyirəm. Belə münasibət bizim üçün önəmlidir. Ailələrimizin qarşılaşdıqları problemlərdən və apardığımız işlərdən danışdıq. Autizmli uşaqlar istedad və bacarıqlarını nümayiş etdirdilər.

Digər valideyn, “Autizmli uşaqların ailələrinə dəstək” İctimai Birliyin sədri Şəhla Mirzəməmmədova əlilliyi olan uşaqlarla bağlı məsuliyyətdən danışdı. O qeyd etdi ki, çətinliklərə sinə gərmək üçün mütləq onlara dəstək lazımdır. Başqa bir ana Humay Quliyeva uşaqların inkişafında musiqinin müsbət təsirindən, eyni zamanda, anaların rolundan bəhs etdi.

Niyazi adına 22 saylı Uşaq Musiqi Məktəbinin 2-ci sinif şagirdi, Qran-pri mükafatçısı Ayxan Quluzadə pianoda ifası ilə hamını heyran etdi. 268 saylı xüsusi məktəbin şagirdləri Murad Hüseynov, Tunay Mirzəməmmədova, Tunar Alıyev, Mədinə Babazadə, Mədinə Ramazanova, Elvin Məmmədov və Zümrüd Abbasovanın “Biz fərqliyik” valsı da böyük maraq doğurdu. Elay Aydınlı, Xumar Məmmədli, Sənan Kazımlı, Zəhra Qurbanova və başqalarının isə anaları ilə valsı xoş təəssürat yaratdı.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Təravət Muradova, Milli Məclisin deputatları və digər qonaqlar iştirak edirdilər.

İştirakçılar autizmli uşaqların əl işlərindən ibarət satış-sərgi ilə də tanış oldular.

Sonda uşaqlara həvəsləndirici hədiyyələr və təşəkkürnamələr, analara isə “Fədakar ana” diplomu təqdim olundu.

Leyla QURBANOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 02:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri