Icma.az
close
up
RU
Leyla Şah: “Ədəbiyyatla məşğul olmaq fədakar sevgiyə bənzəyir” MÜSAHİBƏ

Leyla Şah: “Ədəbiyyatla məşğul olmaq fədakar sevgiyə bənzəyir” MÜSAHİBƏ

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Cümhuriyət”-in növbəti müsahibi gənc yazar, şairə Leyla Şah olub. Leyla Şah Bakıda anadan olub. 2012-ci ildən Azərbaycan ədəbiyyatında şeirləri ilə çıxış edir.

Şeirlərinə bir çox tanınmış bəstəkarlar tərəfindən musiqilər bəstələnilib. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycan və ingilis dillərində çap olunan "Azərbaycan Xarici Səfirlərin Gözü İlə" kitabının müəllifidir.

Leyla Şah 2017-ci ildə yaradıcı uğurlarına görə "Prezident mükafatına" layiq görülüb. 2020-ci ildə isə Gənclər və  İdman Nazirliyi tərəfindən "İlin Gənci" mükafatı ilə mükafatlandırılıb. 

“Cebheinfo.az” müsahibəni təqdim edir:

“Çingiz Abdullayevdən başqa...”

-Leyla xanım, xoş gördük. Yaradıcılığınızdan başlayaq. Hansı yeniliklər var və ya gözlənilir?

-Hazırda şeir kitabı üzərində işləyirəm. Bu, mənim ilk şeir kitabım olacağı üçün məsuliyyəti çox böyükdür.

-Xeyli müddətdir ciddi ədəbiyyatla məşğulsunuz. Düşünürdük ki, artıq sizin kitabınız çap olunub . Bəs nə üçün bu vaxtadək kitab çap etdirməmisiniz?

-On ildən çoxdur ki, ədəbi cameədəyəm. Mənim çap olunan yeganə kitabım jurnalistika ilə bağlıdır. “Azərbaycan Xarici Səfirlərin Gözü İlə” kitabımda Azərbaycanda çalışmış səfirlərin ölkəmizlə bağlı fikirlərindən ibarət müsahibələr yer alır. Şeir kitabıma gəlincə, mən öz yaradıcılığıma hər zaman tənqidi mövqedən yanaşdığım üçün kitab çap etməyə tələsməmişəm. Mənə görə yaxşı kitab özlüyündəbir sənət əsəridir. Kitab zamanla daha da dəyər qazanmalıdır, nəinki saralmış, rəfdə toz basmış kağız parçası kimi durmalıdır.

-Bəlkə sizə gəlir gətirməyəcəyindən ehtiyatlanaraq şeir kitabı çap etməmisiniz?

-Azərbaycanda Çingiz Abdullayevdən başqa hansısa bir kitab müəllifinin satışdan böyük vəsait qazandığını eşitməmişəm. Məncə, o, doxsanıncı illərin sonu - ikimininci illərin əvvəllərində satışdan yaxşı pul qazanırdı. Ölkəmizdə kitab satışı ilə bağlı reallıq ortadadır. Bu, o demək deyil ki, yaxşı yazıçı, şair yoxdur və ya yaxşı əsərlər yaranmır. Sadəcə ölkəmizdə müəllifin qələmindən çıxan orijinal ədəbi əsəri pula çevirmək olmur. Təbii ki, kitabımın mənə gəlir gətirməsini istərdim, amma reallığı bildiyim üçün özümü buna kökləməmişəm. Ölkəmizdə ancaq ədəbiyyatla məşğul olub kitab satışından gələn pulla ev, maşın almaq mümkün deyil. İlk kitabım publisistik olsa da, öz hesabıma çap etdirdim.

Kitabın üzərində çox əziyyət çəkdiyim üçün əziyyətimə uyğun bir qiymət təyin etmişdim. Bir gün mağaza meneceri mənə dedi ki, Leyla xanım, biz deyən qiyməti təyin etməsəniz, kitab satışınız effektli olmayacaq. Bəzi alıcılar gəlib kitabınızı götürür, lakin kassada qiyməti eşidəndə orada qoyub gedirlər. Onların dedikləri qiymət təyin edildikdən sonra satışda nisbətən canlanma baş verdi. Kitabdan əldə olunan gəlir çap xərclərini güclə ödədi. Dizaynerin pulunu isə özüm ödəmək məcburiyyətində qaldım. O kitabdan indi mağazalarda çox az sayda qalıb. Ümumiyyətlə, günümüzdəki reallıqları yaxşı bildiyim üçün bu, məni həvəsdən salmadı.

“Özümü hər zaman özümlə müqayisə etmişəm”

-Reallıqdan söz düşmüşkən, ədəbiyyata gəldiyini deyərək, bir neçə kitab buraxıb sonra tamamən bu sahədən uzaqlaşanlar çox olur. On il az müddət deyil. Bu müddət ərzində sizi ədəbiyyatda saxlayan nə oldu?

-Doğru vurğuladınız. Hardasa 2012-2015-ci illərdə gənclər arasında ədəbiyyata çox axın vardı. Hər il bir kitab çap edənlərin çoxu bu gün ədəbiyyatda yoxdur. Bəziləri başqa sahələrdə çalışır. Digər qismi ailə quraraq özlərini tamamən ailələrinə həsr ediblər. O dönəm ədəbiyyata gələnlərdən iki, ya üç nəfər bu sahədə qalıb. Mən də bir neçə il yaradıcılığıma ara verdim. Bu dönəmdə dövlət işində çalışdığım üçün şəxsi yaradıcılığıma vaxt qalmırdı, amma bu, o demək deyil ki, mən ədəbiyyatı tamamən unutmuşdum.

O zaman çoxlu ədəbi mütaliə edirdim. Hətta iş otağıma gələn qonaqlar da stolumun üstündə Əmək Məcəlləsi və s. kitablar əvəzinə Çexovun, Mark Tvenin kitablarını görüb heyrətlənirdilər. Məni ədəbiyyatda saxlayan ona olan sevgim oldu. Bir şey ki insanın ruhuna hopub və ruhu qidalandırır, məncə, insanı ondan ancaq ölüm ayıra bilər. Zamanla valideynlərim mənə çox təzyiq etdilər, lakin ədəbiyyatdan uzaqlaşdıra bilmədilər. Maddi problemlərlə də qarşılaşdığım zamanlar çox oldu. Xülasə, bunların heç biri ədəbiyyata olan sevgimi azaltmadı. Əksinə zamanın sınaqlarından keçdikcə, sevgim daha da möhkəmləndi.

-Bəs indiki ədəbi mühiti izləyirsinizmi? Gənc yazarlarımızdan kimi özünüzə əsas rəqib olaraq görürsünüz?

-İzləyirəm, amma özümü kiminləsə müqayisə etmirəm. Mən özümü hər zaman özümlə müqayisə etmişəm. Dünən harada idim, bu gün kiməm və gələcəkdə harada olmağı hədəfləyirəm. Önümə baxaraq, gördüyüm yaxşı işlərdən güc alaraq imkan daxilində nələrsə yazmağa çalışıram.

-Deyəsən, xarici şairlərin şeirlərini də tərcümə edirsiniz. Bu tərcümələr öz seçiminizdir, yoxsa sifariş əsasında edirsiniz?

-İndiyədək sifarişlə heç nə etməmişəm. O cümlədən, ədəbi tərcümə (gülür).Tərcümə etdiyim şeirlər bir çox qəzet və jurnallarda yayımlanıb. Tərcümə etdikdən sonra həmin şeirləri bəyənib və ödənişsiz şəkildə paylaşıblar. Gələcəkdə hansısa təqdim olunan əsər mənim şəxsi zövqümlə üst-üstə düşərsə bəlkə də,nəşriyyatla anlaşıb tərcümə edə bilərəm.

Ümumiyyətlə, tərcümə edəcəyin əsərin müəllifinin ruhunu duymasan, məzmununu anlamasan, tərcümə söz yığınından başqa bir şey olmayacaq. Yaxşı bir şeiri tərcümə etmək hansısa motivasiyaedici əsəri tərcümə etməkdən on dəfə çətindir. Robert Börnsün maraqlı bir şeirini bir aya tərcümə etmişdim, amma bunu zövq alaraq etdiyim üçün zaman məni yormadı . Eləcə də, Dilan Tomas və Emili Dickinson şeirlərini sevərək, öz zövqümə yaxın bilərək tərcümə etmişəm. 

-Bəs bəstəkarlarla işbirliyinizdə necə? Orada da madiyyatsız işləmisiz, yoxsa nə isə qazanc olub ?

-Bu işbirliklərindən yaxşı bir gəlir əldə etsəydim, bunu sizinlə bölüşməkdən çəkinməzdim. Bugünədək biri xarici ölkədən olmaqla, dörd bəstəkarla işbirliyimiz olub. Hər birinin sənətdə öz dəsti-xətti və musiqiyə yanaşma tərzi var. Sözlərimə ən çox musiqi bəstələyən isə istedadlı bəstəkar və aranjımançı Elnur Nuridir. Ondan heç zaman şeirlərimə görə madiyyat tələb etməmişəm.

Türkiyədə yaşayan bəstəkar Ersin Kayışlı ilə işbirliyi bir az çətin olmuşdu, çünki sözlərin nota oturmasında tez-tez kiçik dəyişikliklər olurdu. Məsafə faktoru və indiki kimi birbaşa onlayn ünsiyyət üçün görüntülü internet  proqramlarının olmaması bizə işdə xeyli çətinliklər yaradırdı. Nəhayət, mahnı uğurla ərsəyə gəldi. O zaman bəstəkar hətta şeirə görə mənə pul mükafatı da göndərmişdi. Bu kollecdə təhsil alan tələbə üçün heç də pis sayılmırdı.

“Əks cinsdən mesajlar alıram ki...”

-Leyla xanım, gənc, gözəl və baxımlı bir xanımsınız, amma ailə qurmamısınız. Ailə qurmaqla ədəbiyyatdan tamamən uzaqlaşmaq qorxusu var? 

-Ağ atlı şahzadəmi gözləyirəm (gülür). Ədəbiyyat mənim üçün bir dəyərdir və düşünürəm ki, gələcəkdə mənimlə evlənəcək insan mənim bütün dəyərlərimə, o cümlədən ədəbi fəaliyyətimə hörmətlə yanaşacaq. Əgər ailə qurmaqla ədəbiyyatdan uzaqlaşmaq kimi bir qorxum olsaydı, o zaman bunun daha tez olmasını istərdim. Məncə, insan öz qorxularının üzərinə getdikcə onlara qalib gələrək daha güclü və möhkəm olur.

-Sosial şəbəkələrdə aktivsiniz. Oxucular üçün də bunları bilmək maraqlı olardı. Oradan sizə yazan, tanşlıq təklif edənlər çox olur?

-Oxucularıma mənim yaradıcılığım daha maraqlı olmalıdır, nəinki şəxsi həyatım. Qaldı sosial şəbəkələrə, mən onlardan tanışlıq vasitəsi kimi istifadə etmirəm. Hətta bəzən yazıb keçmiş sevgilisinə, vəfat etmiş həyat yoldaşına oxşadanlar,öz şeirlərindən ibarət şeir dəftərlərini itirdikləri üçün şair ola bilmədiklərini yazanlar çox olur. Təbii ki, bunlar məndə ancaq gülüş doğurur.

-İnsanlar məhşurlaşdıqca daha çox kütlə axtarışına çıxır. Bu zaman sənət adamlarının çoxu alqışı, tərifi həyat tərzinə çevirərək getdiyi hər yerdə bunları axtarır. Siz necə, tərifi sevirsiz? 

-Hələ ki, eyforiyaya qapılacaq dərəcədə məşhur deyiləm (gülür). Özümü tanıdığım gündən məşhur olmaqla bağlı nə isə bir iddiam olmayıb. Heç zaman məşhur olmaq üçün şeir yazmamışam. Ümumiyyətlə, məşhurluğa və tərifə görə qurulan işin ömrü ora çatana qədərdir. Bu gün ölkəmizdə ədəbiyyatla məşğul olmaq fədakar sevgiyə bənzəyir. Sevirsən, sevirsən və yenə də sevirsən. Gördüyüm yaxşı bir işin bəyənilməsi, mənə mükafat qazandırması təbii ki, mənim ürəyimcədir, amma yaradıcılığıma yanaşmamı təriflərə kökləməmişəm.

-Müsahibə üçün təşəkkür edirik.

-Sağ olun.

Söhbət etdi: Gülər

“Cebheinfo.az” 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see159

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see150

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see141

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2025 16:55see138

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see137

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see135

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see135

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see133

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see132

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see132

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see131

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

27 Sentyabr 2025 19:33see130

Haber Global : İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib

27 Sentyabr 2025 16:58see129

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see128

Rusiyada saxta spirtli içki kabusu: Daha bir bölgədə ölüm halları qeydə alındı

27 Sentyabr 2025 16:45see126

Azərbaycandan gələn maşında heroin aşkarlandı KONKRET

27 Sentyabr 2025 15:53see123

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see122

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see121

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see120

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri