Icma.az
close
up
RU
Sevinc Cəfərzadə “Krasnodar”dakı durumundan narazıdı MÜSAHİBƏ

Sevinc Cəfərzadə “Krasnodar”dakı durumundan narazıdı MÜSAHİBƏ

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Qadınlardan ibarət futbol millimizin kapitanı Sevinc Cəfərzadə Rusiyadadı. “Krasnodar”da forma geyən təcrübəli oyunçu 2021-ci ildən bəri bu komandanın şərəfini qoruyur. Onun müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Bununla belə, Sevinc karyerası ərzində "Lənkəran", "Zaqatala", "Fidan", "Gerenberq" (Almaniya), "Abu-Dabi" (BƏƏ), "Donçanka", "Kubanoçka", "Yenisey" (hamısı Rusiya) kimi klublarda da çıxış edib.
Təcrübəli oyunçu 2008-ci ildən U-17, U-19 və U-21, 2010-cu ildən bəri isə əsas millimizə dəvət alır.
28 yaşlı futbolçu ilə əlaqə saxlayıb, klubundakı durumu, bundan sonrakı hədəfləri, yığma və başqa məsələlər ətrafında söhbət etdik.
- Sevinc, “Krasnodar”dakı işlərin necədi?
- Qaydasındadı. İndi daha böyük uğurlar qazanmaq istəyirəm. Bunun üçün hər gün əziyyət çəkirəm. Əlbəttə, hədəflərim var. Hər şeyi zaman göstərəcək. Səbirli olmalı və üzərimdə işləməyə davam etməliyəm. Beş ildi burdayam. Deməli, mənə etimad göstərirlər. Hər oyunçu bir kollektivdə bu qədər uzun müddət qalmır. Burda özümü çox yaxşı hiss edirəm. Düşünürəm ki, gələcəkdə ciddi dəyişikliklər ola bilər. Bəli, bu il müqaviləmin müddəti başa çatır. Düzü, forma şansı qazanmaq yönündə məsələlər məni narahat edir. Bəzən meydana ehtiyat oyunçular skamyasından dxil oluram, bəzən, ümumiyyətlə, adım iştirak ərizəsinə salınmır. Səbəbini dəfələrlə baş məşqçimizdən soruşmuşam. Gənc oyunçulara şans vermək istədiyi üçün belə addım atdığını deyir. Bu məqam məni narahat etsə də, təslim olmuram. Daim əsas heyətdə olmadığım üçün narahatam. Çünki daha çox forma şansı qazanmağı haqq edirəm. İndi burdakı son ilimin dadını çıxarmağa köklənmişəm. Millimizə fayda verə bilmək üçün məşqlərə davam edirəm.
– Rusiyadakı qadın futboluyla ölkəmizdəki durumu necə müqayisə edə bilərsən?
– Kimsə başqa ölkədə uğur qazananda adamlar elə bilir ki, Azərbaycanda liqaların səviyyəsi yüksəkdi. Amma belə deyil. Təəssüf ki, Rusiyada mənə bu haqda sual veriləndə ağızdolusu danışa bilmirəm. Onu deyirəm ki, inkişaf etmək üçün əlimizdən gələni edirik. Yenə də müqayisə üçün bir məqamdan bəhs edə bilərəm. Bir neçə ay əvvəl biz Rusiya millisinə qarşı Soçidə yoldaşlıq oyunları keçirdik. Düzdü, hər iki oyunda 0:1 hesabıyla uduzduq. Lakin həmin matçlarda möhtəşəm oynadıq. Bu qarşılaşmalar canlı yayınlanırdı. Rusiyada mənə futbolumuz haqda müsbət sözlər dedilər. Millimizi xeyli təriflədilər. Amma təəssüf ki, ölkəmizdə qadın futbolu Rusiyanın nəinki 2-ci, 3-cü liqasından belə aşağı səviyyədədi. Bu məqam məni çox üzür. Rusiyada qadın futbolunda baş verən inkişaf göz qabağındadı. Demək olar ki, hər klub qadınlardan ibarət komandasını dəstəkləyir. Qızlarla oğlanlar arasında ayrı-seçkilik qoyulmur. Qızların kütləvi şəkildə futbolla maraqlanması üçün şərait yaradılır. Burda mentallıq, maliyyə şərtləri fərqlidi.
- Yığmamız Millətlər Liqasında mübarizəni davam etdirir. Aprelin 4-də Litvaya, 8-də Monteenqroya qarşı oynayacaqsız… Yeri gəlmişkən, Monteneqronu fevralın 21-də evdə məğlub edə bilməmişdik.
- Monteneqro ilə bütün oyunlarımız çətin keçir. Bu yığmanın üzvləri Avropanın güclü komandalarında çıxış edir. Həmin matçda zədəli və cəzalı futbolçularımız var idi. Bu məqamlar bizə çətinlik yaratdı. Çünki bizdə oyunçu kasadlığı var. Hər halda, qarlı və şaxtalı havada döyüşüb xal qazandıq. Aprelin 1-də təlim-məşq toplanışına başlayacağıq. Oyuna hazırlaşmaq üçün vaxtımız az olacaq. Bu dəfə bizi yalnız qələbələr qane edə bilər. Hədəfimiz 6 xal toplayıb qrupu lider kimi başa vurmaqdı. Litvaya qarşı heç vaxt oynamamışıq. Bu komandanın bir oyununu izləmişəm. Fərdi bacarıqlara malik xeyli futbolçusu var. Buna rəğmən, millimizə güvənirəm. Bu yerdəyiksə, biz də nəyəsə qadirik. Xatırlayırsızsa, ötən il Millətlər Liqasında keçirdiyimiz 6 oyunda 5 qələbəyə, 1 heç-heçəyə nail olduq. Bu, qadın futbolumuz üçşün böyük uğurdu. Tarixi uğurları yenidən təkrarlamaq istəyirik. Məncə, mübariz komandamız var.
– Səncə, ölkəmizdə qadın futbolunun inkişafı üçün nə çatmır? Həmcinsin olan həmkarlarına tövsiyən varmı?
– Çox istəyərdim ki, aşağı yaş qrupu üzrə millilərimiz də ciddi uğurlar qazansın. Artıq belə hadisələrin yaşanmasını istəyirik. Hamımızın amalı ölkəmizi layiqincə təmsil etməkdi. Sadəcə, oyunçu sayı baxımından istənilən yaş qrupunda kasadlıq var. Gənc futbolçulardan xahiş edirəm ki, daha məsuliyyətli olsunlar, məşqlər etsinlər. Təkcə baş məşqçinin tapşırıqlarını yox, həm də əlavə çalışmalar etsinlər. Daha bacarıqlı olmağın yollarını tapsınlar. Sosial şəbəkələrdən uzaq olsunlar. Gələcəkdə əsas milli komandada bizi əvəz etsinlər və daha böyük uğurlar qazansınlar. Biz həmişə yığmada olmayacağıq. Gənclərə ehtiyacımız var. Təkcə məşq etməklə hər şey düzəlmir. Ən əsası, işlərini yarıyolda qoymasınlar. O qədər perspektivli gənclər görmüşəm ki, peşəkar həddə çatmağa az qalmış başqa sahəyə yönəliblər. Təbii ki, şəxsi həyata da önəm vermək lazımdı. Lakin gənclər bu yöndə daha diqqətli olmalıdılar.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Mart 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see179

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri