Icma.az
close
up
RU
Sevinc Cəfərzadə: “Bəzən motivasiyanı yalnız paltardəyişmə otağına saxlamıram” MÜSAHİBƏ

Sevinc Cəfərzadə: “Bəzən motivasiyanı yalnız paltardəyişmə otağına saxlamıram” MÜSAHİBƏ

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qadınlardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə artıq 15 ildir komandanın formasını geyinir. 31 yaşlı hücumçu cari Millətlər Liqasında keçirilən 3 oyunun hamısında əsas heyət üzvü olub.

İdman.biz xəbər verir ki, AFFA-nın mətbuat xidmətinə müsahibə verən Rusiyanın “Krasnodar” klubunun oyunçusu Litva ilə bugünkü görüşün böyük önəm kəsb etdiyini bildirib.

- Qarşıda milli komandamızı Litva ilə vacib oyun gözləyir. Həmin görüşdən gözləntiləriniz nədir?

- Yeganə gözləntimiz qələbədir. Çünki bizi B Liqasına yalnız qələbə yüksəldə bilər. Meydanda əlimizdən gələni edəcəyik ki, 3 xalı qazana bilək.

- Qrupda birinci yeri tutmaq üçün Litva ilə oyunda mümkün qədər çox qol vurmaq lazımdır. Bu, komandada əlavə təzyiq yaratmayacaq?

- İlk növbədə qələbəni təmin etməliyik. Daha sonra top fərqini artırmaq üçün mübarizə aparmaq lazımdır ki, mövqeyimizi yaxşılaşdıraq. Düşünmürəm ki, bu, komandaya əlavə təzyiq yaradacaq. Bizim əsas işimiz meydanda sona qədər mübarizə aparmaq və istədiyimiz nəticəyə nail olmaqdır. Amma bunun asan olmayacağını yaxşı bilirik. Buna görə də oyuna maksimum səviyyədə hazırlaşırıq.

- Ümumiyyətlə, yığmamızın UEFA Millətlər Liqasının cari mövsümündəki çıxışını necə qiymətləndirirsiniz?

- Çox yaxşı qiymətləndirirəm. Komandamız bəzi oyunlarda əsas futbolçular olmadan mübarizə aparmalı olsa da, uğurlu nəticələr əldə etdiyimizi düşünürəm. Ancaq işimiz hələ bitməyib, davam etməliyik. Qarşıdakı matçın nə qədər vacib olduğunu hər birimiz yaxşı anlayırıq.

- Kapitan kimi paltardəyişmə otağında komandaya necə motivasiya verirsiniz?

- Bəzən motivasiyanı yalnız paltardəyişmə otağına saxlamıram. Elə hallar olur ki, onları məşqlərdə və ya oyundan əvvəl toplantılarda etməyə çalışıram ki, oyunçularımız maksimum hazır və motivasiyalı olsunlar. Paltardəyişmə otağında da müəyyən söhbətlərimiz olur. Hər görüşün nə qədər önəmli olduğunu komanda olaraq bilirik, ancaq bunu bir daha hər kəsin diqqətinə çatdırıram. Bütün komanda yoldaşlarıma güvənirəm. Hamımızın məqsədi ölkəmizi layiqincə təmsil etməkdir

- Bir az da özünüzdən danışaq. Futbola necə gəlmisiniz? Bu idmanla neçə ildir məşğulsunuz?

- Artıq 15 ildir milli komandanın üzvüyəm. Futbola qardaşımla və oğlanlarla birlikdə oynayaraq başlamışam. Qardaşımın və ailəmin böyük dəstəyi sayəsində bu gün bu səviyyəyə qədər gəlib çatmışam.

- Uzun müddətdir milliyə dəvət alırsınız. Sizin üçün ən yaddaqalan oyun hansı olub?

- Milli komandanın hər oyunu mənim üçün vacib və önəmlidir. Çünki hər qarşılaşmada tökdüyüm alın tərim var. Milli formanı geyinərək keçirdiyim hər matç mənim üçün əzizdir – fərq etməz, qələbə qazandıq, ya da məğlub olduq. Millidə çıxış etmək hər bir futbolçu üçün qürurdur.

- Bəs ilk oyununuzu xatırlayırsınız?

- Əlbəttə, 2010-cu ildə - 16 yaşımda əsas heyətin üzvü kimi Uels millisinə qarşı oynamışdım.

- Karyeranızda vurduğunuz ən vacib qol hansıdır?

- Mənim üçün vacib olmayan qol yoxdur. Vurduğum hər qol əziz və önəmlidir. Çünki hər qolun, hər məhsuldar ötürmənin öz gözəlliyi və özəlliyi var.

- Komandanın hər hansı oyunöncəsi ritualları varmı?

- Qarşılaşmadan əvvəl milli musiqilərimizə və vətənpərvər ruhda mahnılara qulaq asırıq. Xüsusi bir ritualımız olmasa da, hər kəsin etdiyi dua var. Həmişə Allaha şükr edib, dualarımızı edirik. Bunun bizim üçün çox vacib və əhəmiyyətli olduğunu düşünürəm.

- Futbola başlamaq istəyən gənc qızlara nə tövsiyə edərdiniz?

- Öz üzərlərində çox çalışsınlar. Kənardan deyilən mənfi fikirlərə qulaq asmasınlar. Qulaq asdıqları insanlar yalnız valideynləri olsun. Təhsillərinə də önəm versinlər və heç vaxt qarşılarına qoyduqları məqsədlərdən imtina etməsinlər. Daim mübariz, əzmkar olsunlar. Uğura gedən yol heç vaxt asan olmur. Ona görə də dözümlü olsunlar. Çəkdikləri əziyyətin qarşılığını bir gün ən gözəl şəkildə alacaqlar.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 May 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri