Icma.az
close
up
RU
Sevinc Osmanqızının mənəvi faciəsi...

Sevinc Osmanqızının mənəvi faciəsi...

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı təkcə yerli yox, dünya mediasının da əsas gündəm mövzularındandır. Həm region, həm də regiondan kənar ölkələrin mediasında Azərbaycan liderinin verdiyi mesajların təhlil edilməsi təsadüfi deyil. Çünki Azərbaycan regionda və qlobal siyasətdə hadisələrin inkişafına yön verəcək qədər qüdrətli dövlətə çevrilib. Bu baxımdan qlobal siyasi cameədə Prezident İlham Əliyevin çıxışları diqqətlə izlənilir.
Prezident Azərbaycana qarşı çıxan qüvvələrin milli maraqlarımızın əleyhinə olan müdaxilə cəhdləri ilə bağlı konkret mesajlar verdi. Xüsusilə, son dövrlər Türkiyədə Azərbaycana qarşı kampaniya aparan bəzi qruplar, eləcə də ölkəmizə müdaxilə cəhdləri edən region və regiondan kənar qüvvələr belə demək mümkünsə, "yaylım atəşi" ilə susduruldu. Dövlət başçısının mesajlarında bu qüvvələrin hər birinin öz payı var.

Burada özünə pay götürməyə çalışan bir qrup isə xüsusi diqqət çəkir. Söhbət xarici ölkələrin oyunlarında iştirak edən, Azərbaycana qarşı xarici ağalarına trolluq edənlərdən gedir. Xaricdə mənzillənmiş Vətən xainləri artıq neçə gündür özlərinə "təzə mövzu" tapıblar, xüsusilə Sevinc Osmanqızı yaman canfəşanlıq edir.
Sevinc Osmanqızının xisləti hamıya yaxşı bəllidir: hansı qüvvə Azərbaycan maraqlarına qarşı çıxırsa, dərhal onların cəbhəsinə keçir. Onun üçün bu qüvvənin kimliyi, yaxud hansı ölkə olmasının fərqi yoxdur. Əsas odur ki, Azərbaycan əleyhinə danışmağa mövzu olsun və xarici qüvvələrə öz xidmətini təklif edə bilsin. Hətta, onun Azərbaycana qarşı Ermənistan maraqlarını necə müdafiə etdiyini də görmüşük. İndi də Sevinc Osmanıqızı Türkiyədə Azərbaycana qarşı kampaniya aparanları dəstəkləyir, ölkəmizə qarşı müdaxilə cəhdlərini böyük sevinclə qarşılayır. O, baş verənlərin Azərbaycan və Türkiyənin münasibətlərini korlayacağı, yaxud bölgədə Azərbaycana qarşı yeni cəbhə qurulacağı ilə bağlı xülyalalar qurur.
Əsl xırda fürtəcildir və onun belə olması o qədər də təəccüblü deyil. Axı Sevinc Osmanqızı Azərbaycanda olduğu vaxtlar da yalnız özünün cılız ambisiyaları naminə yaşayıb. Daha sonra ölkəni tərk edib, xarici qüvvələrin xidmətinə keçəndə də məqsədi varlanmaq, lüks həyata sahib olmaq idi. Xidmətləri qarşılığında buna az da olsa nail ola bilib. İndi bu xırda fürsətcilin baş verənlərin mahiyyətini anlamaması normaldır.
Axı bölgədə nə baş verdiyini, güclü Azərbaycanın regional siyasəti dizayn etdiyini və qlobal siyasətdə aktiv rolunu özünün cılız ambisiyaları ilə baxdığı pəncərəsindən necə görə bilər?!
Bu gün Azərbaycanın qüdrəti fonunda xarici qüvvələrə trolluq edən Sevinc Osmanqızı kimilər o qədər cılız görünürlər ki!

Sevinc Osmanqızı üçün həyatının bir prinsipi var: Azərbaycana qarşı olanlara xidmət etmək, Azərbaycanın düşmənlərini dəstəkləmək. O, bütün bunları öz fəaliyyətində daim açıq şəkildə nümayiş etdirib. İndi də Azərbaycana qarşı aparılan kampaniyaları xarici qüvvələrə xidmət etmək və yeni ağalar tapmaq üçün fürsət olaraq görür. Sevinc Osmanqızı üçün bundan acınacaqlı vəziyyət ola bilməz!
Bir insan üçün ən acınacaqlı vəziyyət Vətənə xəyanətdir. Çünki belə insanların nə keçmişi, nə gələcəyi olur, onlar yalnız hansısa qüvvələrin əlində oyuncaqdan başqa bir şey olmurlar.
Atalarımızın çox gözəl misalında deyildiyi kimi, belələrini torpaq da götürmür. Adətən, bu cür insanlarda ciddi mənəviyyat aşınması baş verir. Sevinc Osmanqızı bunun ən bariz nümunələrindəndir. Onun üçün qohumluq bağlarının da önəmi qalmayıb. Axı Sevinc Osmanqızının xəyanət etdiyi Azərbaycan onun doğmalarının, qohumlarının yaşadığı, hətta, yüksək vəzifələrdə çalışdığı ölkədir. Onun mənəvi dəyərləri az da olsa qalsaydı, ən azından qan bağı olan insanlara hörmət edərdi.
Sevinc Osmanqızı üçün nə Vətənin, nə qan bağlarının dəyəri yoxdur, çünki o, bir insanın mənəvi faciəsinin zirvəsini yaşayır. Həqiqətən də Sevinc Osmanqızının halına acımamaq mümkün deyil! (Mənbə: demokrat.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Oktyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri