Sevindirici haldır ki, 3 turdur xal qazanırıq Azər Bağırov
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Maraqlı alınan oyunda iki fərqli hissə izlədik. İlk yarıda daha yaxşı oynadıq. İkinci hissədə həm orta xəttdə, həm də cinahlarda istənilən kimi çıxış etmədik".
QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 23-cü turunda bu gün "Şamaxı" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib: "Əvəzetmələrimiz hardasa oyuna tam qoşula bilmədilər. Sevindirici hal odur ki, artıq üç turdur çempionatda məğlub olmuruq, xallar qazanırıq. Bu, "Kəpəz" adına hələlik yaxşıdır. Futbolçulardan əsas tələbimiz odur ki, meydançada daha az səhv etsinlər. Rəqibə belə şans verməməliyik. Çatışmazlıqlar çoxdur. Onların üzərində çalışırıq".
Baxış sayı:85
Bu xəbər 17 Fevral 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















