Bu, bir tərəfdən sevindirici olsa da, planlarımıza da təsirsiz ötüşmür Azər Bağırov
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Millinin oyunlarına görə çempionatda yaranan fasiləyə "Araz-Naxçıvan" üzərində 2:1-lik qələbə ilə yollanan "Şamaxı"nın hazırlıq planı müəyyənləşib.
Bu barədə Fanat.Az-a "aslanlar"ın baş məşqçisi Azər Bağırov məlumat verib.
Təcrübəli çalışdırıcı təxminən üç həftəlik arada yoxlama görüşü keçirməyəcəklərini bildirib:
"Heyətin 9 üzvü milli komandalara yollanır. Bu, bizim üçün bir tərəfdən sevindirici olsa da, digər tərəfdən planlarımıza da təsirsiz ötüşmür. Ayman Bualinin də zədəli olduğunu nəzərə alsaq, əsas heyətin 10 üzvünün yoxluğu planlı hazırlıq keçməyə maneçilik törədir.
Komandaya üç günlük istirahət verdik. Sentyabrın 24-dən bir araya gəlib adi qaydada məşqlərimizi davam etdirəcəyik. Ümid edirəm ki, millidəki futbolçularımız düşərgəyə sağlam və yaxşı əhval-ruhiyyədə dönəcəklər".
Xatırladaq ki, "Şamaxı" ilk 6 turda 9 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır. Bölgə təmsilçisi 7-ci turda "Zirə" ilə qarşılaşacaq. Oyun 10 oktyabrda rəqib meydanında baş tutacaq.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 21 Sentyabr 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















