Icma.az
close
up
RU
Şəxsi problemləri rəhbərliklə paylaşmaq doğrudurmu?

Şəxsi problemləri rəhbərliklə paylaşmaq doğrudurmu?

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəzən şəxsi həyatımızda böyük, bizə təsir edəcək promlemlərlə qarşılaşırıq. Bu, ailəvi, maddi, sağlamlıq problemləri və s. ola bilər. Bu sıxıntılar istəmədən iş həyatımıza təsir edir və məhsuldarlığımızı azaldır. Bu kimi situasiyaları rəhbərliklə danışmaq necə bir yanaşmadır? Belə hallarla qarşılaşdıqda rəhbərlik nə etməlidir?

İnsan Resursları üzrə mütəxəssis Abid Səmədov Valyuta.az-a bildirdi ki, şəxsi həyatda baş verən ciddi çətinliklər istər ailə, istər sağlamlıq, istərsə də maddi problemlərin peşəkar həyatımıza  təsir etməsi normaldır: “İnsan resursları sahəsində çalışan biri kimi bu halları zəiflik yox, bir insani reallıq kimi görürəm. Bu səbəbdən də, düşünürəm ki, bu tip situasiyalarda rəhbərliklə açıq danışmaq, doğru ünsiyyət qurmaq olduqca sağlam və tövsiyə olunan yanaşmadır”.

Məqsəd problemi birgə həll etməkdir

A.Səmədov deyir ki, əgər qarşılaşdığınız şəxsi problem sizin iş performansınıza, diqqətinizə və ya davamiyyətinizə təsir edirsə, bu barədə rəhbərliklə açıq və dürüst formada danışmaq lazımdır. Bu, peşəkar və məsuliyyətli addım olar: “Bu cür yanaşma həm də etimad qurur. Əlbəttə, bu paylaşımın tonu və məzmunu balanslı olmalı, məqsəd problemin səbəbini izah etmək və birgə həll yolları tapmaq olmalıdır. Rəhbərlik sizi ancaq “bəhanə gətirən” yox, “çətinlik içində belə məsuliyyətli davranmağa çalışan” biri kimi görməlidir”.

Rəhbərlik tərəfdən yanaşma önəmlidir

Mütəxəssisin sözlərinə görə, yaxşı bir lider və ya HR mütəxəssisi insanın yalnız “işçi” tərəfinə yox, həm də insan olaraq bütövlüyünə dəyər verməlidir: “Beynəlxalq HR praktikalarında da bu dəstəkləyici yanaşma çox önəmlidir. Məsələn: Amerika və Avropa şirkətlərində “Employee Assistance Program” (EAP) adlı sistemlər mövcuddur. Bu proqramlar işçilərə psixoloji dəstək, hüquqi məsləhət və maliyyə planlaşdırması kimi sahələrdə yardım təklif edir. Skandinaviya modellərində isə psixoloji rifah və balanslı iş-həyat münasibəti prioritetdir. İşçinin belə situasiyalarda “wellbeing day” və ya “flexible working hours” hüququ olur. Eyni zamanda empatik liderlik anlayışı da son illərdə çox ön plana çıxıb. Belə liderlər işçilərinin şəxsi çətinliklərini anlayışla qarşılayır, müvəqqəti olaraq iş yükünü yüngülləşdirə və ya çevik iş rejimi təklif edə bilirlər”.

“Əgər bir əməkdaş şəxsi problemi səbəbilə çətinlik yaşayırsa və bu barədə mənimlə açıq danışarsa, bu şəffaflığı və etimadı yüksək qiymətləndirərdim. Əvvəlcə dinləməyə, sonra isə onun üçün uyğun dəstək formalarını təklif etməyə çalışardım. Bəzən sadəcə anlayış göstərmək belə kifayət edir. Əməkdaş şirkətə dəyər qatırsa, onun belə bir dövrdən rahat keçməsi üçün mümkün olan bütün insan resursları alətlərindən istifadə etməyə çalışardım” – deyə A.Səmədov qeyd etdi.

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://azpost.info
archiveBu xəbər 07 May 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri