Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

Bir tarixi şəxsiyyətin portret cizgiləri

Bir tarixi şəxsiyyətin portret cizgiləri

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Qustav Radbrux deyirdi ki, hüquq hər şeydən əvvəl mədniyyətdir. Dövlətin də əsasında hüquq dayanır. Deməli, dövlət də özlüyündə ən yüksək mədəniyyət hadisəsidir.

Bu nöqtədən yanaşsaq, dövləti necə idarə etmək də bir mədəniyyətdir, elə deyilmi?

Bir dövlətdə siyasətə gələn, dövlət başına siyasətən gələn hər kəs dövlətin başına öz mədəniyyətini - mədəniyyətlə bağlı bilik və təsəvvürlərini gətirir. Tələb olunan anda, lazım bildiyi qədər bu işə təxəyyülünü də qatır.

Psixologiya da elm olaraq bir postulatı ortaya qoyub: insanın gördüyü işin keyfiyyəti onun şəxsi keyfiyyətlərinin davamıdır. Haqqında danışacağım şəxs də siyasətə, sonradan seçildiyi hakimiyyətə öz şəxsi keyfiyyətləri ilə, öz fərdi mədəniyyət anlayışı ilə gəldi.

Mədəniyyət demişkən, bir haşiyə çıxım: söz adamı var, fikir adamı var, əməl adamı var. Bir də bütün bunları özündə birləşdirən adamlar var. Hər nitqi bir fəlsəfi esse, hər çıxışı traktat ağırlığında! İllər əvvəl Çexiyanın keçmiş (mərhum) prezidenti Vatslav Havelin bir çıxışını oxumuşdum. Nə deyim! Tam bir ədəbi-siyasi şedevrdi. Cəmiyyətin önündə - dövlətin başında duran adamın ədəbi hazırlığı, daxili erudisiyası və bunu ifadə bacarığı tam başqa bir səviyyədir.

Azərbaycanın indiki prezidenti İlham Əliyev əvvəlcə Dövlət Neft Şirkətində rəhbər vəzifdə işləmişdi. Çoxları ona, sadəcə, xaricdə yüksək təhsil almış intellektual texnokrat kimi baxırdı. Sonra o, deputat seçildi, Avropa Şurasında ölkəsini təmsil edən nümayəndə heyətinin rəhbəri oldu, publik çıxışları yayıldı. Bax, o zaman siyasi təhlil qabiliyyəti, daxili analitik "aparat"ı olan hər kəs anladı: siyasətə yeni sima gəldi.

İlham Əliyev, bəli, siyasətə və hakimiyyətə bir şəxs kimi gəldi, ancaq, budur, artıq tarixi şəxsiyytə çevrilib. 2003-cü il oktyabrın 15-də ilk dəfə prezident seçildiyi gündən keçən tam iyirmi iki il ərzində gözlərimizin önündə çalışdı, döyüşdü və az əvvəl yazdığım mənada dəyişdikcə dəyişdi...

Onu tərifləyənlər çoxdur. Həm də çox tərifləyənlər. Tənqid edənlər də çoxdur. Həm də çox tənqid edənlər. Siyasətçinin, dövlət adamının təqdirə də, tənqidə də immuniteti formalaşır. Çünki siyasətə, illah da hakimiyyətə gələn adam bilir, əvvəldən göz önünə alır: təqdir də olacaq, tənqid də olacaq. Hər ikisinin gerçəkçisi də olacaq, ifratı da. Ancaq təqdir də, tənqid də qədərində və yerində olanda siyasətçinin, dövlət adamının işinə yarayır. Çünki siyasətçi bir şeyi dəqiq bilir: o, istədiyi hər şeyi edə bilməyəcək; ya vaxtı çatmaz, ya gücü yetməz. Söz verib edə bilmədiyi, yaxud yanlış etdiyi hər şey üçün tənqid olacaq. Bu tənqid bəzən cızığından çıxıb qərəzə çevriləcək (qərəz - mərəzdir axı, həm də müalicəsi yoxdur), tərif də eynilə həddini aşıb öz təbii şəklini dəyişəcək. Həddindən qırağa çıxan hər şey zərərlidir; çay öz yatağında axanda içərisindəki, ətrafındakı bütün canlı və cansız aləmə yararlı olur, öz bəndini aşanda, qarşısına çıxan hər şeyi vurub dağıdanda, biz ona artıq həminki çay kimi yox, sel kimi baxırıq, adını "təbii fəlakət" qoyuruq. Bir də var, aşırı tərif və aşırı tənqid - bunlara da yəqin, "süni fəlakət" deyəcəyik.

Bu iyirmi iki bütöv il ərzində - öz prezidentliyi dövründə İlham Əliyev çoxlu təbii fəlakətlə də, "süni" fəlakətlə də qarşılaşdı. Bunlarla çox savaşdı. Ancaq, elə bilirəm, onun bioloji ömrünü də, siyasi ömrünü də iki mərhələyə bölmək olar: Vətən müharibəsindən əvvəl, Vətən müharibəsindən sonra. Tarixi qələbəyə qədər və sonra olmaqla.

Açığı, 2020-ci il noyabrın 8-dək o, sadəcə, prezident idi. Həmin tarixdən sonra o, SADƏ bir prezident deyil. Hər kəs dövlət başçısı, hökumət başçısı postuna seçilir, gəlib işləyir, müddətini başa vuraraq, ya da başa vurmadan hakimiyyətdən gedir. Bəziləri sonradan siyasətdən də gedir, bəziləri yox. Ancaq bu "sadə" prezidentlər, baş nazirlər və sair, sadəcə, bu vəzifələrə gəlib işləyir və işləyib gedir. Bir də var, hakimiyyət başına gəldikdən sonra - bütün səlahiyyət müddət(lər)ində gecə-gündüz demədən döyüşəsən. Elə bir coğrafiyada yerləşən elə bir bir ölkənin rəhbərisən ki, sənə rahatlıq yoxdur və olmayacaq da. Daxildən və kənardan, Şimaldan və Cənubdan, Qərbdən və Şərqdən - bütün geosiyasi tərəflərdən və coğrafi cəhətlərdən hər an hər cür və cürbəcür təklif də gəlir, təhdid də gəlir. Sən hər cür təklifi də, təhdidi də qarşılamağı, hətta ölkən üçün fürsətə çevirməyi bilməlisən. İlham Əliyevin prezidentliyinə də bu baxımdan yanaşmaq daha doğru olar.

Siyasətdə vaxt, maliyyə, insan resursları önəmlidir. Üstəlik buraya informasiya resursunu da əlavə etməliyik. Dövlət rəhbəri bütün bu resursları doğru-düzgün idarə etməyi bacarmalıdır. Dövlət rəhbərisənsə, əlində olan resursları ölkənin qarşısındakı məqsədlər, hədəflər üçün sərf edcəksən, ancaq zinhar israf etməyəcəksən.

Vətən müharibəmizdə də bunun nümunəsini gördük: dövlətin rəhbəri ordunun komandanı olaraq, bütün mümkün olanı əvvəldən də etmişdi və döyüşlərin gedişində də edirdi ki, məqsədə daha az itki ilə çata bilək. Buna hamı şahid oldu. Bəlkə də bu müharibə ölkə rəhbərinin bioloji ömründən bir neçə ilini aldı; bu qədər böyük məsuliyyətə çiyin vermək asan gəlməsin. Hakimiyyətə təkcə səlahiyyət kimi yox, öncə məsuliyyət kimi baxırsansa, belə qəbul etmisənsə, deməli, bu məsuliyyətin ağırlığına da qatlaşacaqsan.

Bəli, 2020-2023-cü illərdə çox şey gördük, üç ildə üç yüz illik tarix yaşadıq. Təbii ki, bunun yükü (sözün yaxşı və məsuliyyətli mənasındakı yük) ölkə rəhbərinin üzərinə düşdü. O, üç il ərzində üç yüz ilin yükünü ölkəsinin, millətinin üzərindən qaldırdı və kənara atdı. İndi istəyirsiniz, buna "tərif" deyin, "pafos" deyin, nə deyirsiniz-deyin. Bu, budur: belədir. Təbii ki, o yükü qaldırmaq asan olmadı. Çox da risk vardı, əngəllər vardı. Bunları aşmaq - siyasi, fiziki, psixoloji mənalarda aşmaq asan deyildi, asan olmadı da. Ancaq bütün bunlara dəyərdi.

Təkcə öz ömrünə deyil, ölkəsinin, hətta dünyanın tarixinə yazılmağa layiq bir qələbə üçün bütün bu məhrumiyyətlərə dəyərmiş! Bax, bu səbəbdən biz deyirik ki, Azərbaycan prezidentinin həm bioloji, həm siyasi ömrü 2020-ci ildən - tarixi qələbədən sonra yeni anlam qazandı. Məhz buna görə mən əvvəldə yazmışdım: İlham Əliyev 1990-cı illərin əvvəlində siyasətə, 2000-ci illərin əvvəlində hakimiyyətə bir şəxs kimi gəlmişdi, ancaq sonradan tarixi şəxsiyyətə çevrildi.

Hər siyasətçi ya elə, ya da belə, onsuz da tarixdə qalır. Çünki siyasətə, xüsusilə də, hakimiyyətə gələn şəxs apriori öz ölkəsinin tarixinin bir zərrəsinə, ya da bir parçasına çevrilir. Bir də var, öz ölkənin tarixinin yönünü dəyişəsən. O zaman sən, sadəcə, tarixə düşən bir şəxs deyilsən, tarixin şəxsiyyətisən. Tarixin həmişə xatırlayacağı şəxsiyyət.

...Bizim millət olaraq bir mental ayrıcalığımız da var: özümüzkünü özgənin gözündən daha aydın görürük. Gərək bizə kimsə kənardan qiymət versin ki, öz qiymətimizi bilək.

Bu, yaxşı cəhətdir, ya yox, başqa vaxt təhlil etmək olar. Demək istədiyimiz odur ki, öz dəyərimizi özgənin dəyərləndirməsindən sonra qəbul edirik. Bir halda ki belədir, mən də, bu yerdə dünyanın bir nömrəli dövlətinin başında duran adamın - ABŞ prezidenti Donald Trampın Azərbaycanlı həmkarı haqqında fikirlərindən sitat (misal) gətirəcəm. Prezident Tramp İlham Əliyev haqqında belə deyib: "O, çox güclü bir liderdir, işini çox yaxşı görür".

Mənə elə gəlir, Azərbaycan prezidenti haqqında bu yazını prezident Trampın bu cümləsi ilə bitirmək daha doğru olar. Bu, oxucu qavrayışı üçün ən uyğun qidadır. Necə deyərlər, düşünmək üçün informasiyadır. Həm də supermötəbər informasiya!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Oktyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see228

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see148

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see142

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see132

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see128

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri