Icma.az
close
up
RU
Səyahət gəmisindən təxliyə edilən iki sərnişində hantavirus aşkarlanıb

Səyahət gəmisindən təxliyə edilən iki sərnişində hantavirus aşkarlanıb

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransa və ABŞ vətəndaşı olan iki sərnişin səyahət gəmisindən təxliyə edildikdən sonra hantavirusa yoluxduqları müəyyən edilib.

Bizimyol.info xəbər verir ki, Fransa Səhiyyə naziri Stefan Rist bildirib ki, Fransaya qaytarılan sərnişinlərdən biri xəstəxanada vəziyyəti pisləşən qadındır. O, "MV Hondius" adlı gəmidən təxliyə olunan beş fransız sərnişin arasında olub və Parisə uçuş zamanı simptomlar göstərməyə başlayıb.

ABŞ-ın Nebraska ştatına göndərilən 17 sərnişindən biri də virusa yoluxub, lakin onda hazırda simptomlar müşahidə edilmir. Digər bir sərnişində isə yüngül əlamətlər qeydə alınıb. ABŞ səhiyyə rəsmiləri sərnişinlərin əvvəlcə Nebraska Universitetinin Tibbi Mərkəzinə aparılacağını, onların yoluxma riskinin və yaxın təmasların qiymətləndiriləcəyini bildirib. Bu mərkəzdə yüksək yoluxucu xəstəliklərin müalicəsi üçün xüsusi karantin bölməsi mövcuddur.

Sərnişinlərin təxliyəsi İspaniyanın Kanar adalarına yaxınlaşdıqdan sonra başlayıb. Tenerife adasında onlar xüsusi qoruyucu geyim və maska taxmış heyət tərəfindən gəmidən sahilə çıxarılıb. Daha sonra müxtəlif ölkələrdən olan 20-dən çox sərnişin hərbi və hökumət təyyarələri ilə vətənlərinə göndərilməyə başlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) keçmiş sərnişinlərin ciddi nəzarətdə saxlanmasını tövsiyə edib. Bir çox ölkələr isə onları karantin və ya xəstəxana müşahidəsinə alıb.

Gəmidə olan 140-dan çox sərnişində əvvəlcə heç bir simptom olmadığı bildirilmişdi. Lakin indiyədək üç nəfərin öldüyü, gəmidən daha əvvəl ayrılan beş nəfərin isə yoluxduğu açıqlanıb.

ÜST baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, vəziyyət narahatlıq doğurmamalıdır: “Bu, COVID-19 deyil. İctimaiyyət üçün risk aşağıdır və panikaya ehtiyac yoxdur”, - deyə o bildirib.

Mütəxəssislərin sözlərinə görə, hantavirus adətən gəmirici tullantıları vasitəsilə yayılır və insandan insana keçməsi nadir hallarda baş verir. Lakin səyahət gəmidində aşkarlanan And virusunun bəzi hallarda insandan insana keçə biləcəyi ehtimal edilir. Xəstəliyin simptomları adətən yoluxmadan 1–8 həftə sonra üzə çıxır.

ÜST həmçinin ölkələrə geri qayıdan sərnişinlərin gündəlik sağlamlıq nəzarətində saxlanılmasını və ya xüsusi tibbi müşahidə altında tutulmasını tövsiyə edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 May 2026 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri