Icma.az
close
up
RU
Qadın dünyasına səyahət

Qadın dünyasına səyahət

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Soydaşımızın əsəri Türkiyədə nəşr olunub

Almaniyada yaşayan azərbaycanlı yazıçı Əzimə Ağalarovanın sayca 8-ci – “Bir qadının anatomiyası” kitabı Türkiyədə çapdan çıxıb. Əsərdə etibar, güvən kimi dəyərlərin çətin sınaqlar qarşısında qaldığı dövrdə güclü qadın xarakterindən, onun üzləşdiyi çətinliklərlə mübarizəsindən bəhs olunur.
32 ildən bəri Almaniyada yaşayan Əzimə Ağalarova XQ-yə müsahibəsində dedi ki, əsərləri 4 dildə 3 ölkədə çap olunub:
– “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” romanım əvvəlcə Azərbaycanda, daha sonra   İsveçdə ingilis dilində və isveç dillərində nəşr edilib. “Tükənmiş xəyalların izində” əsərim isə Türkiyədə çapdan çıxıb. Daha çox bellestrika janrında yazıram. Gizli təşkilatlar, Yaxın Şərq siyasəti və digər mühüm problemlər əsərlərimin əsas mövzularını təşkil edir. 6 dil bilirəm. Romanlarımda adı keçən ölkələri gəzib, onların ictimai, siyasi və mədəni həyatını dərindən öyrənib, gördüklərimi yazmışam. İndiyədək dünyanın 45 ölkəsinə səyahət etmişəm.
Yazıçı “Bir qadının anatomiyası” əsərinin Türkiyədə çap olunmasına da aydınlıq gətirdi:
– Bu mənim Türkiyədə çap olunmuş 3-cü əsərimdir. Qardaş ölkədə kitablarım ödənişsiz çap olunur. Kitab yayın evləri əsərlərimlə tanış olur, bəyənir və çap etdirmələri ilə bağlı razılığımı alırlar. Məni Türkiyədə daha çox tanıdan 2019-cu ildə çap olunmuş “Ağlayan duvar” əsərim oldu. Bundan sonra xeyli dəvətlər aldım, Türkiyə mətbuatı haqqımda xeyli məqalə dərc etdi. 
Əzimə xanım söhbət əsnasında kitablarının Bakıda Xarici Dillər Universitetində 2015-ci ildə təqdimatı ilə bağlı bir xatirəsini də bizimlə bölüşdü:
– O təqdimat mənim xatirimdən heç vaxt silinməyəcək. Orada gənclərin çıxışları o qədər canlı, o qədər maraqlı idi ki... Mən o atmosferdə özümü bir anlığa yazıçı kimi hiss etdim. Gənc bir qızımızın çıxışı hər kəsi kövrəltdi. Sonda o tələbə mənə dedi ki, Əzimə xanım, yəqin, bizim sözümüz sizə nəvənizinki kimi təsir etməz, amma əsərlərinizdən öyrənəcəyimiz çox şey var. Onun sözü mənə elə nəvəmin sözü qədər təsirli oldu.
Qeyd edək ki, Əzimə Ağalarova 1959-cu il martın 10-da Zərdab rayonunda anadan olub. Azərbaycan Dillər Universitetinin məzunudur. Əmək fəaliyyətinə Azərbaycan Daxili İşlər Nazirliyində başlayıb. 1993-cü ildə Almaniyanın Hamdurq şəhərinə köçüb. Bu ölkədə uzun illər tərcüməçi işləyib. Bədii yaradıcılığa 53 yaşında başlayıb. 1 oğlu, 3 nəvəsi var.

R.ABİŞOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see427

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see312

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see304

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see302

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see301

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see300

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see299

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see295

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see292

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see276

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see264

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see261

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see258

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see258

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see255

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see254

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see253

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see253

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see251

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri