Icma.az
close
up
RU
Seyran Səxavət: Mehdiyev Nizaməddinə çox pislik etdi

Seyran Səxavət: Mehdiyev Nizaməddinə çox pislik etdi

Icma.az, Axar.az saytına istinadən bildirir.

Heyif Nizaməddin Şəmsizadədən. Ölümü çox ağır xəbər oldu mənimçün. Nizaməddin Şəmsizadə Azərbaycanda barmaqla sayılacaq alimlərdən biri idi ki, qatığın rəngini dəqiq bilirdi. Bilməklə də kifayətlənmirdi, deyirdi və dediyi sözün arxasında da dayanırdı. Təxminən 50 il olardı onu tanıyırdım, Qubada kəndlərində də olmuşam, isti münasibətimiz var idi. Ömrünün sonunda yaşadığı günlər Nizaməddinə layiq deyildi, gərək, belə olmayaydı.

Kult.az xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında tanınmış yazıçı Seyran Səxavət deyib.

S.Səxavət Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin N.Şəmsizadəyə və onun kimi yüzlərlə ziyalıya çox böyük pisliklər etdiyini bildirib:

“Adını belə dilimə gətirmək istəmədiyim nakəs (Ramiz Mehdiyevi nəzərdə tutur - red.) ona çox böyük pislik elədi. Eynən mənə də pislik etməyə cəhd eləmişdi. Yusif Səmədoğlu olmasaydı, məni lap məhv edərdi. “Ocaq daşı” povestimdə o vaxt Ordubaddan gəlib Füzulidə birinci katib işləyən, əmimlə, atamla dost olan Kazımovun obrazını yaratmışdım. Çox yaxşı kişiydi, Füzulidə yaddaqalan işlər görmüşdü. Qadir Abbasov adlı bir cavan oğlan günlərin birində birinci katibin qəbuluna gedir, deyir ki, yoldaş Kazımov, poçtda poçtalyon yeri boşdur, rəis məni götürmür, xahiş edirəm tapşırın, məni ora işə götürsünlər. Birinci katibi də deyir ki, orada yer yoxdur. Qadir Abbasov deyir ki, var. Katib bir də təkrarlayır ki, a bala, mən bilmirəmmi yer var, yoxsa yoxdur?! Qadir Abbasov yenə deyir ki, yer var. Birinci katib Qadiri otaqdan çıxarır ki, zəhmətkeşlərin qəbulunu pozma. Qadir qapıdan çıxa-çıxda bir addım geri qayıdıb deyir ki, yoldaş Kazımov, olar sizdən bir söz soruşum? Nətəhər olur, siz Ordubaddan qaça-qaça gəlib bizim rayonda birinci katib işləyə bilirsiz, mən öz rayonumda poçtalyon işləyə bilmirəm? Qadir bu sözü deyib çıxmaq istəyəndə Kazımov onu geri çağırır, poçtun müdirinə zəng edib tapşırır ki, onu işə götürsün.

Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi. Həmin vaxt “Ulduz” jurnalında şöbə müdiri idim, Yusif Səmədoğlu da baş redaktor. Ramiz Mehdiyev Yusifə zəng eləmişdi ki, Seyranı qov oradan, onun orada işləməyi məsləhət deyil. Yusif də Səmədin oğluydu, kişi oğlu kişiydi, məsələnin mahiyyətini öyrənəndən sonra sinəsini qabağa verib məni qorumuşdu, demişdi ki, Seyran çıxırsa, mən də ərizəmi yazacam.

Seyran Səxavət sonda Ramiz Mehdiyevə ismarış da göndərib:

“Allah mənim Nizaməddin qardaşıma rəhmət eləsin. Nizaməddin kimi, mənim kimi yüzlərlə, minlərlə adama pislik edən, ev yıxan, qan tökən o nakəsə isə uzun ömür versin. Qoy zülüm çəksin, görsün ki, dünyada insanları incitmək elə Allahı incitmək deməkdir”.

Xatırladaq ki, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə bu gün vəfat edib. Uzun illər yüksək şəkərdən əziyyət çəkən professor ötən aydan bəri komada idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Fevral 2025 01:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri