Icma.az
close
up
RU
Seysmik gərginlik artıb, Azərbaycanda da risklər var” Seysmoloq

Seysmik gərginlik artıb, Azərbaycanda da risklər var” Seysmoloq

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Son vaxtlar bölgədə seysmiklik artıb. Ən vacib məqamlardan biri də odur ki, zəlzələlər yerin üst qatında baş verir və belə hallarda dağıntı riski daha çox olur". 
Bunu Demokrat.az-a açıqlamasında seysmoloq Ənvər Əliyev deyib.
O, bildirib ki, hazırda bölgədə baş verən seysmik proseslərin əsas səbəbi Afrika və Ərəbistan tektonik plitələrinin Avrasiya plitəsini sıxmasıdır:
"Bu prosesin əsas təsiri Türkiyənin üzərinə düşür. Ərəbistan yarımadasının hərəkəti nəticəsində Türkiyə ərazisində mütəmadi təkanlar baş verir. Bu proseslər dayanmayacaq, çünki plitələr hərəkətdədir və ildə təxminən 2–3 santimetr irəliləyirlər. Bu da davamlı zəlzələlərin əsas səbəbidir. Onların nə vaxt bitəcəyini proqnozlaşdırmaq mümkün deyil, çünki bu proseslər minilliklər ərzində formalaşır. Gələcəkdə də bölgədə zəlzələlərin davam edəcəyi və fəsadlara səbəb ola biləcəyi istisna deyil".
Seysmoloq bildirib ki, Türkiyədə zəlzələlərin faciəvi nəticələrinin əsas səbəblərindən biri tikinti sektorundakı problemlərdir:
"Ölkədə çox sayda bina standartlara uyğun tikilmədiyi üçün hər təkan böyük dağıntılar yaradır. Buna görə də seysmik təhlükə baxımından Türkiyə hazırda əsas risk zonasında qalır.
Azərbaycanda isə hələlik güclü zəlzələlər gözlənilmir. Bununla belə, tikinti sektorunda təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Xüsusilə paytaxtda sıxlıq, planlaşdırma və şəhərdən çıxış məsələləri problemlidir. Güclü təkanlar baş verməsə belə, insanların təhlükəsiz ərazilərə vaxtında çıxışı çətin ola bilər. Bu səbəbdən məsələni indidən ciddi şəkildə nəzarətdə saxlamaq vacibdir".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Oktyabr 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri