Icma.az
close
up
RU
Seysmik aktivlik niyə artır, dağıdıcı zəlzələ ola bilər? Seysmoloq danışdı

Seysmik aktivlik niyə artır, dağıdıcı zəlzələ ola bilər? Seysmoloq danışdı

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyunun 5-də Azərbaycanda ard-arda 3 zələlə baş verib. Yeraltı təkanlar Pirquluda, Şamaxıda və Lerikdə qeydə alınıb. 3.6, 4, 3.7  maqnitulı zəlzələlər zamanı heç bir itki olmayıb. Zəlzələlərin davam edib-etməyəcəyi ciddi təlaş doğurur. Seysmik aktivliyin artmasının səbəbləri, dağıdıcı zəlzələnin baş vermə ehtimalı kimi məsələlər əhalini narahat edir.

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev Modern.az-a bildirib ki, ümumilikdə dünyada seysmik aktivlik artır və Azərbaycan da təbii olaraq bundan kənarda qalmır:

"Dünya miqyasında seysmik və tektonik aktivlik artır. Türkiyədə ard-arda bir neçə zəlzələ baş verib. Mən qeyd etmişdim, yenə də baş verəcək. Srağagün Türkiyədə 5,8 maqnitudalı zəlzələ baş verib. Etno vulkanı püskürür. Bütün dünyada tektonik və seysmik aktivlik artmaqda davam edir. Azərbaycan da kənarda qalmır. Qonşu ölkələrin seysmik ocaqları aktivləşirsə,  Azərbaycan tektonik baxımdan sabit qala bilməz. Təbii ki, silkələnmələr  olacaq. Cari il ərzində  Azərbaycanda hiss olunan zəlzələlərin qaçılmaz olduğunu əvvəlcədən demişdim. 3.5, 4, 4.5 maqnitudalı zəlzələr baş verəcək. Yaponiya, Türkiyə, Myanmarla müqayisə etdikdə dağıdıcı, güclü zəlzələ Azərbaycanda gözlənilməz. Çünki yerdəyişimi intensivliyi o qədər yüksək səviyyədə aktiv deyil ki, güclü, dağıdıcı zəlzələ yaransın. Hiss olunan zəlzələr isə qaçılmazdır, davam edəcək, bu dövrilikdir. Çünki Azərbaycan ərazisui seysmo-tektonikdir. Burada bir neçə qırılma nöqtələri var, aktiv zonalardır".

Hiss olunan zəlzələlər hansısa fəsadlara səbəb ola bilərmi?

Bu suala cavabında Q.Babayev deyib:
"Əgər binalar, hansısa yaşayış obyektləri uçqun vəziyyətindədirsə, ora diqqət artmalıdır. Zəlzələ baş verdikdə panikaya qapılmaq lazım deyil.  Hətta Türkiyədə baş verən zəlzələdə ürəktutmasından vəfat edən də oldu. Azərbaycanda isə güclü, dağıdıcı zəlzələ gözlənilmir. Xəzər dənizində zəngin seysmik ocaqlar mövcuddur, onlar Bakı şəhəri, Abşeron yarımadası üçün təhlükə törədir. Amma katastrofik, güclü zəlzələ gözlənilmir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 İyun 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri