Icma.az
close
up
RU
Seysmik riskin qiymətləndirilməsi mövzusunda konfrans keçirilib

Seysmik riskin qiymətləndirilməsi mövzusunda konfrans keçirilib

Icma.az bildirir, Apa.az portalına istinadən.

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal Rayon Təşkilatının inzibati binasında Fövqəladə Hallar Nazirliyi, YAP Yasamal Rayon Təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda konfrans keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, əvvəlcə YAP Yasamal Rayon Təşkilatında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə güllər düzülüb, Ulu Öndərin xatirəsi yad edilib.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.

Konfransda çıxış edən fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov bildirib ki, aktual mövzuya həsr olunmuş bu konfrans ölkəmizdə şəhərsalma, təhlükəsiz və dayanıqlı inkişaf, eləcə də seysmik risklərin idarə olunması sahəsində həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir.

Nazir müavini Azərbaycanın seysmik aktiv regionda yerləşdiyini qeyd edərək bu reallığın binaların inşası və istismarı prosesində, eləcə də ümumilikdə şəhərsalma fəaliyyətində daha məsuliyyətli və elmi əsaslara söykənən yanaşma tələb etdiyini vurğulayıb.

O bildirib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı şəhərində və regionlarda genişmiqyaslı quruculuq işləri aparılıb, müasir şəhərsalma prinsipləri ardıcıl şəkildə tətbiq olunub: “İşğaldan azad edilmiş ərazilərdə də yenidənqurma və bərpa prosesi sürətlə davam edir və bu ərazilər müasir, təhlükəsiz və estetik baxımdan cəlbedici məkanlara çevrilir”.

Cəbrayıl Xanlarov diqqətə çatdırıb ki, urbanizasiya prosesinin genişlənməsi, çoxmərtəbəli yaşayış binalarının və yeni yaşayış massivlərinin artması şəhərsalmada seysmik risklərin daha dərindən və kompleks şəkildə qiymətləndirilməsini zəruri edir. Müasir şəhərlər yalnız memarlıq-estetik baxımdan deyil, eyni zamanda təhlükəsizlik və dayanıqlılıq meyarları üzrə də yüksək standartlara cavab verməlidir.

Onun sözlərinə görə, seysmik təhlükənin qiymətləndirilməsi artıq təkcə elmi məsələ deyil, dövlət təhlükəsizliyi, iqtisadi inkişaf və əhalinin rifahı ilə birbaşa bağlı olan strateji istiqamətə çevrilib. Bu sahədə beynəlxalq standartların tətbiqi, innovativ yanaşmaların genişləndirilməsi və region ölkələri arasında informasiya mübadiləsinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Nazir müavini çıxışının sonunda qeyd edib ki, hazırda Bakı şəhəri və Abşeron yarımadası üzrə seysmik mikrorayonlaşdırma işləri həyata keçirilir və bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə birgə koordinasiyalı fəaliyyət davam etdirilir.

YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında qeyd edib ki, ölkə Prezident İlham Əliyev tərəfindən 22 dekabr 2025-ci il tarixində imzalanmış “2026-cı ilin Şəhərsalma və Memarlıq İli elan edilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində YAP Yasamal Rayon Təşkilatı və Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir: “Bu gün keçirilən konfrans sözügedən sərəncamın icrası baxımından mühüm əhəmiyyət daşıyır və şəhərsalma, memarlıq, seysmik təhlükəsizlik kimi strateji sahələrdə elmi yanaşmaların təşviqinə ciddi töhfə verir”.

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, şəhərsalmada ən vacib məsələ təhlükəli zonaların, riskin azaldılmasıdır.

Hazırda ölkəmizdə seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlandığını deyən professor Qurban Yetirmişli qeyd edib ki, Bakı və Sumqayıt şəhərləri, o cümlədən Abşeron rayonunda aparılan seysmik mikrorayonlaşdırmanın məqsədi ayrı-ayrı zonaların seysmik aktivliyini müəyyənləşdirməkdir. Bu isə layihələndirmədə baza məlumatı üçün olduqca vacibdir.

O, Azərbaycanda aparılan seysmoloji tədqiqatların dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmadığını söyləyib.

Professor Qurban Yetirmişli Xəzər dənizində qeydə alınan zəlzələlər, onların yeri, vaxtı və gücü ilə bağlı düzgün proqnozların verilməsi, Azərbaycanda qeydə alınan palçıq vulkanları, eləcə də Oksford Universiteti ilə birgə aparılan paleoseysmoloji tədqiqatlar barədə də məlumat verib.

Tədbirdə Milli Məclisinin deputatı, tanınmış ictimai-siyasi xadim, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə çıxış edərək bildirib ki, Bakı şəhərində və regionlarda həyata keçirilən müasir şəhərsalma siyasəti təhlükəsiz və dayanıqlı inkişaf prinsiplərinə əsaslanır. O, seysmik risklərin nəzərə alınmasının bu prosesin ayrılmaz hissəsi olduğunu vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 May 2026 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see322

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see301

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see295

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see282

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see281

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see274

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see272

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see270

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see246

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see233

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see231

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see229

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see227

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see224

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see224

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see217

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see212

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see211

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see202

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri