Icma.az
close
up
RU
Seysmik təhlükələrlə bağlı konfrans keçirildi

Seysmik təhlükələrlə bağlı konfrans keçirildi

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mayın 15-də Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal Rayon Təşkilatının inzibati binasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, YAP Yasamal Rayon Təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda konfrans keçirilib.

Axar.az xəbər verir ki, əvvəlcə YAP Yasamal Rayon Təşkilatında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə güllər düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.

Konfransda çıxış edən Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov bildirib ki, aktual mövzuya həsr olunmuş bu konfrans ölkəmizdə şəhərsalma, təhlükəsiz və dayanıqlı inkişaf, eləcə də seysmik risklərin idarə olunması sahəsində həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir.

Nazir müavini Azərbaycan seysmik aktiv regionda yerləşdiyini qeyd edərək bu reallığın binaların inşası və istismarı prosesində, eləcə də ümumilikdə şəhərsalma fəaliyyətində daha məsuliyyətli və elmi əsaslara söykənən yanaşma tələb etdiyini vurğulayıb.

Bildirib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı şəhərində və regionlarda genişmiqyaslı quruculuq işləri aparılıb, müasir şəhərsalma prinsipləri ardıcıl şəkildə tətbiq olunub: “İşğaldan azad edilmiş ərazilərdə də yenidənqurma və bərpa prosesi sürətlə davam edir və bu ərazilər müasir, təhlükəsiz və estetik baxımdan cəlbedici məkanlara çevrilir”.

Cəbrayıl Xanlarov diqqətə çatdırıb ki, urbanizasiya prosesinin genişlənməsi, çoxmərtəbəli yaşayış binalarının və yeni yaşayış massivlərinin artması şəhərsalmada seysmik risklərin daha dərindən və kompleks şəkildə qiymətləndirilməsini zəruri edir. Müasir şəhərlər yalnız memarlıq-estetik baxımdan deyil, eyni zamanda təhlükəsizlik və dayanıqlılıq meyarları üzrə də yüksək standartlara cavab verməlidir.

Onun sözlərinə görə, seysmik təhlükənin qiymətləndirilməsi artıq təkcə elmi məsələ deyil, dövlət təhlükəsizliyi, iqtisadi inkişaf və əhalinin rifahı ilə birbaşa bağlı olan strateji istiqamətə çevrilib. Bu sahədə beynəlxalq standartların tətbiqi, innovativ yanaşmaların genişləndirilməsi və region ölkələri arasında informasiya mübadiləsinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Nazir müavini çıxışının sonunda qeyd edib ki, hazırda Bakı şəhəri və Abşeron yarımadası üzrə seysmik mikrorayonlaşdırma işləri həyata keçirilir və bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə birgə koordinasiyalı fəaliyyət davam etdirilir.

YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 22 dekabr 2025-ci il tarixində imzalanmış “2026-cı ilin Şəhərsalma və Memarlıq İli elan edilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində YAP Yasamal Rayon Təşkilatı və Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün keçirilən konfrans sözügedən sərəncamın icrası baxımından mühüm əhəmiyyət daşıyır və şəhərsalma, memarlıq, seysmik təhlükəsizlik kimi strateji sahələrdə elmi yanaşmaların təşviqinə ciddi töhfə verir.

Bəxtiyar Nəbiyev Azərbaycanın 17–22 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməyə hazırlaşdığını diqqətə çatdırıb. Qeyd edib ki, bu mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan dövlətinə və onun rəhbərliyinə dünya miqyasında göstərilən yüksək etimadın bariz nümunəsidir. O, sessiyada çoxsaylı dövlət və hökumət başçılarının, eləcə də rəsmi nümayəndə heyətlərinin iştirakının nəzərdə tutulmasını ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirib.

YAP Yasamal Rayon Təşkilatının sədri çıxışında Ulu Öndər Heydər Əliyevin 1969–1982-ci və 1993–2003-cü illərdə şəhərsalma və memarlıq sahəsində həyata keçirdiyi sistemli və strateji tədbirləri xronoloji ardıcıllıqla diqqətə çatdırıb.

Bəxtiyar Nəbiyev vurğulayıb ki, bu gün Ulu Öndərin siyasi xətti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasirləşən Bakı şəhəri və regionlarda həyata keçirilən irimiqyaslı layihələr dövlət başçısının şəhərsalma və memarlıq sahəsinə verdiyi xüsusi önəmin bariz nümunəsidir. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri bu siyasətin strateji davamlılığını təsdiqləyir.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə mədəni və tarixi irsin qorunması və bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Bu fəaliyyətlər milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.

Daha sonra Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, şəhərsalmada ən vacib məsələ təhlükəli zonaların, riskin azaldılmasıdır.

Hazırda ölkəmizdə seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlandığını deyən professor Qurban Yetirmişli qeyd edib ki, Bakı və Sumqayıt şəhərləri, o cümlədən Abşeron rayonunda aparılan seysmik mikrorayonlaşdırmanın məqsədi ayrı-ayrı zonaların seysmik aktivliyini müəyyənləşdirməkdir. Bu isə layihələndirmədə baza məlumatı üçün olduqca vacibdir.

“Xəritəsiz hansısa bir fəaliyyətin icra edilməsi düzgün deyil. Azərbaycan seysmogen bölgədir. Ölkəmizdə elə ərazilər var ki, seysmik aktivlik 8-9 ballıq qiymətləndirilsə də, həmin yerə daxil olan lokal sahələrdə aktivliyin 9-10 bal olduğu müəyyənləşdirilib”, – deyə direktor əlavə edib.

O, Azərbaycanda aparılan seysmoloji tədqiqatların dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmadığını söyləyib. Respublika Seysmoloji Xidmət Mərkəzinin alimlərinin ABŞ, Kanada və digər ölkələrin mütəxəssisləri ilə birlikdə Azərbaycanın seysmik zonalarında zəlzələ riskinin qiymətləndirilməsi üzərində iş apardığını bildirib. Məruzəçi seysmik təhlükənin qiymətləndirilməsinin, minimuma endirilməsinin vacib məsələlərdən olduğunu vurğulayıb.

Professor Qurban Yetirmişli Xəzər dənizində qeydə alınan zəlzələlər, onların yeri, vaxtı və gücü ilə bağlı düzgün proqnozların verilməsi, Azərbaycanda qeydə alınan palçıq vulkanları, eləcə də Oksford Universiteti ilə birgə aparılan paleoseysmoloji tədqiqatlar barədə də məlumat verib.

Tədbirdə Milli Məclisinin deputatı, tanınmış ictimai-siyasi xadim, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə çıxış edərək bildirib ki, Bakı şəhərində və regionlarda həyata keçirilən müasir şəhərsalma siyasəti təhlükəsiz və dayanıqlı inkişaf prinsiplərinə əsaslanır. O, seysmik risklərin nəzərə alınmasının bu prosesin ayrılmaz hissəsi olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan şəhərsalma və dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən müasir tələblərə uyğun şəkildə uğurla davam etdirilir. Deputat vurğulayıb ki, dövlət başçısının birbaşa diqqət və qayğısı nəticəsində paytaxtda və regionlarda həyata keçirilən quruculuq işləri şəhər mühitinin təhlükəsizliyinin və əhalinin rifahının təmin olunmasına xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 May 2026 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri