Icma.az
close
up
RU
Şeyx Həməd Tərcümə və Anlaşma Mükafatı fondu Azərbaycandan tərcüməçiləri iştiraka dəvət edir

Şeyx Həməd Tərcümə və Anlaşma Mükafatı fondu Azərbaycandan tərcüməçiləri iştiraka dəvət edir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Qahirə, 14 noyabr, AZƏRTAC

Şeyx Həməd Beynəlxalq Tərcümə və Anlaşma Mükafatı ərəb dilindən digər dillərə və ya əksinə tərcümələri dəstəkləmək və həvəsləndirmək məqsədilə 2015-ci ildə Qətərdə təsis edilib.

Bunu Mükafat fondunun icraçı direktoru Ləbib əl-Nəhhas AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

Mükafatın hədəflərindən danışan Ləbib əl-Nəhhas onun təsis olunduğu gündən yazılı tərcümə sahəsində ən mühüm və mötəbər mükafatlardan birinə çevrildiyini vurğulayıb. Qeyd edib ki, mükafat mədəniyyətlər arasında tərcümənin rolunu göstərməyə, xalqları bir-birinə daha da yaxınlaşdırmağa xidmət edir. Mükafatın hədəflərindən biri də tərcüməçilərin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində töhfələrini təqdir etmək, eləcə də ərəb dilinin ərəb mədəniyyəti ilə digər mədəniyyətlər arasında əlaqələrdə oynadığı körpü rolunu qorumaqdır.

O əlavə edib ki, ümumi mükafat fondu iki milyon ABŞ dollarıdır. Mükafat ayrıca kitab tərcümələri üzrə, eləcə də fərdlər və müəssisələr tərəfindən ərəb dilindən və ya əksinə tərcümə sahəsində uzun müddət fəaliyyətə görə uğur kateqoriyası üzrə verilir. Bundan başqa, münsiflər heyəti bu sahədə fəaliyyət göstərən gənclər, naşirlər və lüğət müəlliflərinə də həvəsləndirici mükafatlar ayırır. Mükafat təsis olunduğu gündən indiyədək 40 dildə tərcümələrə verilib. Builki mükafata namizəd dillərə Azərbaycan dili də əlavə olunub. İcraçı direktor Ləbib əl-Nəhhas Azərbaycandan tərcüməçiləri mükafatda iştirak etməyə dəvət edib.

Mükafatla bağlı geniş məlumata rəsmi internet saytında tanış olmaq olar.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri