Icma.az
close
up
RU
Şeyx Minhəc platformasının istifadəyə verilməsi ilə bağlı tədbirdə olub

Şeyx Minhəc platformasının istifadəyə verilməsi ilə bağlı tədbirdə olub

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İslam Aləmi Liqasının Elektron Platformasının təqdimat və müzakirəsi tədbirində iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığında səfərdədir. QMİ sədri bu səfər çərçivəsində İslam Aləmi Liqası təşkilatının "Minhəc" elektron platformasının istifadəyə verilməsinə həsr olunmuş mərasimdə iştirak edib.

Bu barədə Metbuat.az-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Müsəlman dini liderlərinin, İslam dünyasının görkəmli dövlət və din xadimlərinin, alim və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən tədbirin ev sahibliyini İslam Aləmi Liqasının Baş Katibi, Səudiyyə Ərəbistanı Böyük İslam Alimləri Məclisinin sədri, Şeyx Doktor Məhəmməd Əbdülkərim Əl-İssa edib. O, mərasimdə çıxış edərkən yeni yaradılmış İslami elektron platformasının əsas məqsədini islam dininə aid elmi, fiqhi və tarixi-mədəni məlumatları elektron ensiklopedik formada cəmləşdirərək dünyaya təqdim olunması kimi səciyyələndirib. Mərasimin təqdimat hissəsində çıxış edən Kəbə Evinin İmamı və Xətibi Şeyx Saleh bin Hümeyd, Əlcəzair Ali İslam şurasının sədri Dr. Məbruk Zeyd əl-Xeyr, İndoneziya Xalq Məsləhəti Məclisinin (Parlamentinin) sədri, cənab Əhməd Mauzəni, Səudiyyə Ərəbistanın baş müftisi, Şeyx Saleh Əl-Fauzən yeni platformanın müasir tələblərə uyğun səviyyədə olduğunu vurğulayıb, bunun sayəsində rəqəmsal məkanda müəyyən geridəqalmağın aradan qaldırılacağını qeyd ediblər. Tədbirin rəsmi hissəsi Şeyxülislam A.Paşazadə daxil olmaqla İslam dünyasının 8 görkəmli lideri tərəfindən rəqəmsal platformanın simvolik işə salınması ilə yekunlaşdırıldı.

Səudiyyə Ərəbistanı Krallığına səfər çərçivəsində Şeyxülislam A. Paşazadə bir sıra ikitırəfli görüşlər keçirib. Belə ki, QMİ sədri Kəbə Evinin İmamı və Xətibi Şeyx Saleh bin Hümeyd, Səudiyyə Ərəbistanı Böyük İslam Alimləri Məclisinin baş katibi Dr. Fəhd bin Saad əl-Məcid, Əlcəzair Ali İslam şurasının sədri Dr. Məbruk Zeyd əl-Xeyr, İndoneziya Xalq Məsləhəti Məclisinin (Parlamentinin) sədri, cənab Əhməd Mauzəni, Livan Milli Müsəlman-Xristian dialoq komitəsinin həmsədri, Dr. Məhəmməd Sammak və Özbəkistanın İslam Sivilizasiyası Mərkəzinin baş direktoru Firdovs Abduxalikov ilə görüşüb. Tədbir çərçivəsində görüşlərində Şeyxülislam A. Paşazadə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərimizdə apardığı bərpa-quruculuq işləri barədə, erməni vandalizminə məruz qalmış ümumislam əhəmiyyətli mədəni-mənəvi irsimizin dirçəldilməsi yönündə dövlətimiz tərəfindən misilsiz yenidənqurma işlərinin davam etməsindən danışmış, həmin torpaqlarda dağıdılmış məscidlərin yerində yenilərinin inşa edilməsindən, Azan səslərinin ucaldığından qürurla bəhs etmişdir. QMİ sədri Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövlətinin, habelə dini mərkəzin İslam dünyası ilə əlaqələrinin dərinləşməsindən, İslamdaxili həmrəylik və dialoqun inkişafına artan töhfələrindən və qarşıdakı əməkdaşlıq perspektivlərindən məmnunluqla bəhs etmişdir. Görüşlərdə tərəflərin təmsil etdiyi qurumlar və ölkələr arasında dini-mənəvi əlaqələrin və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 30 Noyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri