Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Əkin məqsədli istifadəyə verilməsi ilə bağlı məlumatlandırma sessiyaları keçirilir

Əkin məqsədli istifadəyə verilməsi ilə bağlı məlumatlandırma sessiyaları keçirilir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Aqrar Xidmətlər Agentliyinin Təlim Mərkəzinin keçirdiyi təlimlərdə iştirak edən kənd sakinlərinə sertifikatlar təqdim olunub

Kənd Təsərrüfatı Nazirliyi Xocalı rayonunun Ballıca və Xanyurdu kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı məlumatlandırma sessiyalarını davam etdirir. 

XQ xəbər verir ki, məlumatlandırma sessiyaları torpaqların əkin məqsədli istifadəyə verilməsinin şərtləri və tələbləri barədə Ballıca və Xanyurdu sakinlərinin maarifləndirilməsi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbulu prosesinin sürətləndirilməsi məqsədi daşıyır.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti məlumatlandırma sessiyaları çərçivəsində Xocalı rayonunun hər iki kəndinin sakinləri ilə görüşüb. Görüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul şəxsləri, Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Ballıca və Xanyurdu kəndlərinin sakinləri iştirak ediblər.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assossiasiyalar və kooperativlərlə iş şöbəsinin müdirti Leyli Ağayeva qeyd edib ki, kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilk dəfə Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilib və artıq analoji prosesin Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində həyata keçiriləcəyini bildirib.  O torpaqların əkin məqsədli icarəyə verilməsinin Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçirildiyini xatırladıb. Şöbə müdiri əlavə edib ki, kənddə məskunlaşan əhalidən müraciətlərin qəbulu sentyabrın 15-dək davam edəcək.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin nümayəndələri çıxış edərək Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərinin sakinlərinə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli güzəştli şərtlərlə icarəyə verilməsini müsbət dəyərlənirib, bu prosesin kənd sakinlərinin daha geniş səviyyədə kənd təsərrüfatı ilə məşğul olmasına və sosial həyat səviyyəsinin yüksəldilməsinə  müsbət təsirini göstərəcəyini deiyblər.

Daha sonra kənd sakinlərinə Ballıca və Xanyurdu kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün EKTİS vasitəsilə müraciətlərin qəbulu qaydaları, şərtlər və tələblər barədə təqdimatlar edilib, sakinlərin sualları cavablandırılıb.

Tədbirin sonunda Xocalı rayonunun Ballıca kəndi sakinlərinin bilik və bacarıqlarının artırılması, eləcə də innovativ yanaşmaların tətbiq edilməsi məqsədilə keçirilən təlimlərin yekun qiymətləndirilməsi aparılıb. Təlimlərdə iştirak edən sakinlərə müvafiq sertifikatlar təqdim olunub.

Aqrar Xidmətlər Agentliyinin Təlim Mərkəzinin əməkdaşları tərəfindən təlimlərdə iştirak edən fermerlərə kooperativlərin yaradılması, birgə fəaliyyətin fermerlər üçün üstünlükləri, kooperativlərə dövlət dəstəyi mexanizmləri, bitkiçilik, əkinçilik, tərəvəzçilik və meyvəçilik sahələri, kənd təsərrüfatı texnikalarından səmərəli istifadə, müasir suvarma sistemləri, səmərəli təsərrüfatların təşkili, fermerlər üçün dövlət dəstək mexanizmləri, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, iqlim dəyişkənliyinin təsərrüfata təsirləri, işğaldan azad olunmuş ərazilərdə davranış qaydaları ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, növbəti mərhələdə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə ayrılması üçün müraciət edən Ballıca və Xanyurdu sakinləri ilə müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Müşfiq Mirzə
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri