Icma.az
close
up
RU
Şeyx Zayed irsi və qlobal liderlik modeli ŞƏRH

Şeyx Zayed irsi və qlobal liderlik modeli ŞƏRH

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 fevral, AZƏRTAC

Fevralın 4-də Prezident İlham Əliyevin Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı Azərbaycanın beynəlxalq sülh gündəliyində mövqeyinin və artan qlobal nüfuzunun növbəti təsdiqi oldu. Bu mükafata layiq görülmək təkcə dövlətimizin başçısına göstərilən ehtiram deyil, eyni zamanda, Azərbaycanın sülh, dialoq və humanizm prinsiplərinə əsaslanan siyasətinə verilən yüksək beynəlxalq qiymətdir. Prezident çıxışında mükafatın adını daşıdığı Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın tarixi xidmətlərini xüsusi vurğulayaraq onun uzaqgörən liderliyinin BƏƏ-ni dünyanın ən inkişaf etmiş və firavan dövlətlərindən birinə çevirdiyini qeyd etdi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, bu yanaşma Azərbaycanın regionlararası əməkdaşlıqda liderlərin tarixi roluna verdiyi önəmin göstəricisidir: “Azərbaycan Prezidenti çıxışında Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın atasının siyasi kursunu uğurla davam etdirdiyini, BƏƏ-nin milli köklərə sadiq qalmaqla müasir və ahəngdar cəmiyyət modeli yaratdığını vurğulayıb. Bu modelin sülh və inkişaf axtarışında olan ölkələr üçün nümunə xarakteri daşıdığı xüsusi qeyd olunub. Çıxışın əsas siyasi məğzini Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş tarixi sülh məsələsi təşkil edib. Prezident İlham Əliyev dinlərarası dialoqun və sivilizasiyalararası yaxınlaşmanın təşviqində göstərilən səylərə görə Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyibə və Roma Papası Leoya təşəkkür edərək, bu dəstəyin regional sülh üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan üç onillikdən artıq davam edən münaqişədən sonra altı aydır sülh şəraitində yaşayır və bu, müstəqillik tarixində yeni mərhələdir. Xüsusi vurğulanan məqamlardan biri də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilmiş tarixi Zirvə Görüşü olub. Prezident həmin görüşdən sonrakı altı ayı tərəfdaşlıq, əməkdaşlıq və dayanıqlı sülhə doğru real irəliləyiş dövrü kimi xarakterizə edib. 2025-ci il avqustun 8-də baş tutmuş üçtərəfli Zirvə Görüşü nəticəsində sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması ilə 30 illik münaqişəyə son qoyulduğunu xüsusi qeyd edib. Postmünaqişə dövründə atılan praktiki addımlar isə sülhün real məzmun kəsb etdiyini göstərir. Azərbaycan tərəfindən Ermənistanla yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, neft məhsullarının ixracına başlanması və ticarət əlaqələrinin genişləndirilməsi regionda etimadın bərpasına yönəlmiş strateji qərarlardır”.

Deputat qeyd edib ki, Prezidentin ermənistanlı həmkarı ilə Əbu-Dabidə keçirilən görüşü gələcək əməkdaşlıq gündəliyinin formalaşdığını göstərir: “Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi əsas mesaj aydın idi: uzunmüddətli münaqişələrə baxmayaraq, sülh mümkündür. Bunun üçün əsas şərt güclü siyasi iradə və beynəlxalq ictimaiyyətin konstruktiv dəstəyidir. Azərbaycanın təcrübəsi bu baxımdan hələ də müharibə şəraitində olan ölkələr üçün real yol xəritəsi kimi çıxış edə bilər. Əbu-Dabidə keçirilən mərasimin simvolik mahiyyəti də xüsusi vurğulandı. Məhz bu şəhərdə Vaşinqton Sammitindən bir ay əvvəl Azərbaycan və Ermənistan arasında son danışıqlar raundunun keçirilməsi və Şeyx Məhəmmədin dəstəyi ilə əldə olunan razılaşmanın sonradan Vaşinqtonda rəsmiləşdirilməsi sülh prosesinin ardıcıl və düşünülmüş diplomatik xətt üzrə aparıldığını göstərir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə təqdim edilməsi Azərbaycanın təkcə regional deyil, qlobal sülh və humanitar dəyərlər sistemində aparıcı aktor kimi mövqeyini möhkəmləndirir. Bu çıxış bir daha sübut etdi ki, Azərbaycan XXI əsrin beynəlxalq münasibətlər sistemində sülh yaradan, dialoq təşviq edən və əməkdaşlığa açıq dövlət modelini uğurla həyata keçirir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri