Şeyxülislam Səudiyyə Ərəbistanının səfirini qəbul edib
Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avqustun 18-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylini qəbul edib.
Azpost.info xəbər verir ki, QMİ-nin yaydığı məlumata görə, Allahşükür Paşazadə qonağı səmimi salamlayaraq Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin qədim tarixi köklərə malik olduğunu bildirib.
Şeyxülislam qeyd edib ki, İslam dininin müqəddəs məkanlarının Səudiyyə Ərəbistanı ərazisində yerləşməsi iki ölkə arasında dini və mənəvi bağları daha da gücləndirir.
QMİ sədri vurğulayıb ki, ölkə rəhbərləri arasındakı xoş münasibətlər ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud müxtəlif sahələri əhatə edən münasibətlərin daha da inkişafı istiqamətində mühüm işlər görürlər.
Allahşükür Paşazadə Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin möhkəmləndirilməsində səfir İssam bin Saleh əl-Cuteylinin fəaliyyətini də müsbət qiymətləndirib.
Şeyxülislam azərbaycanlı zəvvarların müqəddəs Həcc ziyarətini təhlükəsiz və rahat şəkildə həyata keçirmələri üçün yaradılan şəraitə görə Səudiyyə Ərəbistanının aidiyyəti qurumlarının rəhbərliyinə Azərbaycan dindarlarının minnətdarlığını çatdırmağı səfirdən xahiş edib.
Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkür edən səfir İssam bin Saleh əl-Cuteyli QMİ sədri ilə yenidən görüşməkdən məmnunluğunu ifadə edib. O, Allahşükür Paşazadənin dinlərarası dialoqa və məzhəblər arasında yaxınlaşmaya mühüm töhfələr verdiyini vurğulayıb.
Səfir bildirib ki, Şeyxülislamın dinlər və mədəniyyətlər arasında anlaşmanın təşviqi, həmçinin islamofobiya ilə mübarizə istiqamətində göstərdiyi xidmətlər danılmazdır.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 19 Avqust 2026 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















