Icma.az
close
up
RU
Sezai bəy Orxan Kamalın hekayəsi

Sezai bəy Orxan Kamalın hekayəsi

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün görkəmli türk yazıçı Orxan Kamalın anım günüdür.

Kulis.az onun "Sezai bəy" hekayəsini Pərvin Məmmədovanın tərcüməsində təqdim edir.

O, qaça-qaça, təngənəfəs trolleybus dayanacağına gəldi. Dayanacaqda xeyli adam var idi. Hirsləndi. Bu basabas səhər yeddidə, səkkizdə, hətta doqquzda olsaydı, bəlkə də hirslənməzdi; artıq saat on biri keçirdi. Saat yeddidən doqquza kimi basabası yaradan ya tütün işçiləri, ya da İstanbulun müxtəlif yerlərində işləyən fəhlələr və kiçik məmurlar olurdu. İndiki basabası isə uşaqlı qadınlar, amerikasayağı bir qrup gənc, əsasən də on yeddinci əsri xatırladan uzun, enli bakenbardlı, «Bitlz» qrupu kimi geyinmiş avara oğlanlar yaradırdı. Özlərini elə aparırdılar ki, elə bil gənc və yaraşıqlı olduqları üçün hamı onlara baxmalı idi...

Üzünü hirslə, hətta həqarətlə o yana çevirdi. Elə məmnun oldu ki, sanki oğlan nə isə deyib, o da cavabını verib.

Qarşısında bir neçə uşaqlı qadın dayanmışdı... Qadınların günün günorta çağında trolleybus dayanacağında nə işi vardı? Nə olardı, oturub evdə, ərlərinin, uşaqlarının söküklərini tikəydilər, corablarını yamayaydılar, xörəklərini bişirəydilər? Ərləri ər olsaydı, oturardılar. Bəs özü necə, yaxşı ər idimi? Arvadının: «Ah Sezai, canım Sezai. Dünyadakı bütün kişilər bir yana, sən bir yanasan!» sözləri yadına düşdü.

Qürurla öskürdü. Sonra azca ağzına tərəf əyilən badımcanabənzər burnunun ucuyla özündən razı halda kişilərə baxdı; evdə paltar, qab yumaqdan, döşəmə silməkdən, corab yamamaqdan, arvadlarından ağızdolusu təhqir eşitməkdən, ya başmaqla, ya çubuqla, ya maşa ilə döyülməkdən başqa bir işə yaramadıqlarını düşündü və onlara yazığı gəldi. Evlərində arvadlarının qorxusundan aciz quzuya dönən bu kişilər hələ trolleybus gəlməmiş dəridən, qabıqdan çıxırdılar.

Qəzəblə qabağa keçdi. Niyə də keçməsin? Axı buradakı qoyunlardan hansının arvadı ərinə: «Canım ərim, dünyadakı bütün kişilər bir yana, sən bir yanasan!» — deyirdi?

Yalandan öskürdü.

Vaxtında ağlını başına toplamış, beş qazananda üçünü, hətta ikisini yemiş, axırda Fatihdə dördmərtəbəli binaya sahib olmuşdu. Binanın üç mərtəbəsinin hər birini beş yüzdən kirayə verirdi, dördüncü mərtəbəsində isə özü yaşayırdı. Bu da eləsəydi beş yüz, olardı iki min. Hansı məmur həm iki min maaş alır, həm də səhərlər trolleybus və avtobuslara növbəsiz minirdi?

Bir də yalandan öskürdü. Əlbəttə, o, dayanacaqdakıların tayı deyildi. Arvadı hər səhər onu, «Canım Sezai...» deyə qarşılayar, yerindən qalxan kimi qəhvəsini, siqaretini gətirər, sonra naharını, günorta yuxusundan oyanan kimi yenə qəhvə və s...

Buna görə də arvadını çox sevirdi! Hər şeyi başa düşən arvad idi. Evdəki xidmətçi qadının dolu, ağ qollarında və sinəsində olan qançırları görsə də, özünü görməməzliyə vurar, ərinin pərdənin arxasından qonşu qadınlara gizlincə baxmağına göz yumardı. Ən əsası da elə içki süfrəsi düzəldərdi ki, özündən deyən meyxanaçı bu süfrəni görsə, mat qalardı!

Arxada yaranmış basabas onu qabağa itələdi. Bu azmış kimi, on yeddinci əsr romantiklərini və «Bitlz» qrupunun üzvlərini xatırladan modern oğlanlardan birisi qarışıqlıqdan istifadə edərək balıq kimi sıyrılıb keçdi qabağa:

— Ay kaftar, nəyə baxırsan? Məni yeyəcəksən?

«Kaftar» sözü ona yaman toxundu. Altmışına az qalsa da, özünü ortayaşlı sayırdı. Arvadı bir dəfə demişdi: «Vallah, Sezaiciyim, cavan görünürsən. Allah ömrünü uzun eləsin, yəqin ki, səndən tez mən öləcəyəm!»

Əlbəttə, arvadı haqlı idi. Başında bir dənə də olsun ağ tük yox idi. Əslində isə son dəb boyalardan istifadə etməsəydi, saçları ağappaq olardı.

Madam ki, saçları ağappaq yox, qapqaradır, ona kaftar demək olmaz. Hər halda özü belə hesab edirdi. Amma baxan kimi saçlarının boyanmış olduğu bilinirdi. Əşşi..

Oğlana dedi:

— Tərbiyəli danış!

Yanaqlarının ortalarına qədər uzanan bakenbardlı və uzunsov saqqallı, dar şalvar və qısa çəkməli bu oğlan əllərini arxasına qoyub bir az da qabağa keçdi, sanki bir quş kimi harasa qonacaqdı:

— Özüm bilərəm, sonra?

Birdən yadına düşdü ki, cavanlıqda, təxminən qırx il qabaq bir yaşlı adamla o da bu cür davranmışdı; o vaxtlar kobud və fırıldaqçı bir oğlan idi. Deyəsən, Taksim stadionuna futbola baxmağa gedirdi, özü də gecikirdi. Tələsik bilet köşkünə soxulanda eynilə bu cür bir yaşlı kişiylə toqquşmuşdu. Kişinin etirazına: «Tərbiyəli danışmasam, nə olacaq?» — demiş, onu hətta vurmaq istəmişdi.

İndi gərək oğlanın kobudluğuna ya cavab verəydi, ya da onu kötəkləyəydi. Ancaq yox, bu yeniyetmə özündən çox müştəbeh idi.

O isə böyük bir mülk sahibi, yaxşı gün görmüş, ömür sürmüş, arvadının «dünyadakı kişilər bir yana, sən bir yanasan» dediyi, ayda bir neçə min lirə gəliri olan bir adam idi.

Vəziyyəti gərginləşdirməmək üçün oğlana fikir vermədi. Yoxsa...

Oğlan onu sinəsindən itələdi və təhqir etməyə başladı. Ətrafdakılar oğlanın əl-qolunu tutaraq aranı sakitləşdirməyə çalışdılar.

Onlar olmasaydı, hətta oğlan onu vuracaqdı. Oğlan: «Buraxın, buraxın məni», — deyə qışqırırdı. Camaat oğlanı birtəhər sakitləşdirsə də, o öz-özünə deyinirdi:

— İt oğlu it! Səni bircə yumruğumla yerə sərməsəm, mənə lənət!

Axşam arvadı onun üçün həvəslə içki süfrəsi hazırlamışdı. O, qürurla süfrəyə yaxınlaşdı və dedi:

— Bu gün az qala axmağın birisini öldürəcəkdim, heyf ki, qoymadılar.

Və camaatın oğlanı onun əlindən güclə aldıqlarından danışmağa başladı.

Unudulmamağın haqqını vermək - Nadir Yalçın "İlana sancmağı məhz Həvva öyrədib..." - Kalman Miksat Çətin həyat yolu keçən rəssam - Güllü Mustafayeva
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 İyun 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see288

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see275

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see240

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see235

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see235

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see230

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see229

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see225

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see214

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see207

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see206

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see205

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see196

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see195

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see191

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see189

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see184

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see182

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri