Zaur Kamalın efirinə icazə verilmədi
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ARB TV-nin tanınmış aparıcısı Zaur Kamal ilə bağlı yayılan məlumatlar bir-birini təkzib edir.
Bakupost.az Metbuat.az-a istinadən xəbər verir ki, aparıcının mayın 4-də yeni formatda, adı hələ açıqlanmayan proqramla yenidən efirə dönəcəyi bildirilirdi.
Onun əvvəlki "Həmin Zaur" layihəsinin isə fərqli ad altında təqdim olunacağı qeyd olunurdu. Zaur Kamal özü də açıqlamasında yaxın günlərdə efirə qayıdacağını təsdiqləmişdi.
Lakin sonradan kanal rəhbərliyi tərəfindən bu məlumatlara aydınlıq gətirilib. ARB TV-nin direktor müavini Vüsalə Vəliyeva Manset.az-a bildirib ki, aparıcının efirə qayıdışı ilə bağlı deyilənlər yanlışdır və onun hazırda efirdə olması planlaşdırılmır:
"Zaur Kamalın verdiyi açıqlama və özünün etdiyi paylaşım yanlışlıqla olub. Zaur Kamal ümumiyyətlə, efirdə olmayacaq. ARB-də yeni layihələr gözlənilir. Ola bilər ki, həmin studiyalardan istifadə edilsin".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 26 Aprel 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















