Icma.az
close
up
RU
Sezər Huysuz: İslam Oyunları Türkiyə və Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır

Sezər Huysuz: İslam Oyunları Türkiyə və Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ər-Riyad, 8 noyabr, AZƏRTAC

İslam Həmrəyliyi Oyunları bizim üçün böyük əhəmiyyət daşıyır. Türkiyə və Azərbaycan üçün belə yarışlar xüsusilə önəmlidir. Bu Oyunlar idmançılara həm ilham verir, həm də ölkələrini layiqincə təmsil etməyə şərait yaradır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyə Cüdo Federasiyasının prezidenti Sezər Huysuz deyib.

Onun sözlərinə görə, İslam Həmrəyliyi Oyunlarının tarixi və inkişafı da diqqətəlayiqdir: “Bildiyiniz kimi, bu Oyunlar 2017-ci ildə Azərbaycanda yüksək səviyyədə keçirilmişdi, daha sonra isə Türkiyədə təşkil olunmuşdu. Ümid edirəm ki, gələcəkdə bu yarışlar daha çox ölkəni əhatə edəcək və keyfiyyət baxımından daha yüksək səviyyəyə çatacaq”.

Federasiya rəhbəri bildirib ki, cüdo həm İslam ölkələri, həm də dünya idmanı üçün böyük potensiala malikdir: “Oyunlarda cüdo üzrə yarışlarda 32 ölkədən idmançılar mübarizə aparırlar. Bu amil cüdonun həm çətin, həm də gözəl idman növü olduğunu göstərir. Bizim üçün də cüdonun sadəcə Avropada deyil, bütün dünyada inkişaf etməsi sevindirici haldır. Həmin yarışlarda iştirak etməkdən isə böyük məmnunluq duyuruq. Milli komandamız burada 7-si qadın, 5-i kişi olmaqla, ümumilikdə 12 idmançı ilə təmsil olunur. Bütün çəkilərdə medal götürmək istəyirik”.

S.Huysuz Türkiyə və Azərbaycan cüdo federasiyaları arasında güclü əməkdaşlıq və dostluq münasibətlərinin olduğunu da söyləyib: “Hər iki qurum arasında əlaqələr dinamik şəkildə inkişaf edir”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri